İran İslam Respublikasının banisi Həzrət imam Xomeyninin (r.ə) mərhum həyat yoldaşı xanım Səqəfinin xatirəsini yad etmək və ruhuna dualar oxumaq üçün bu gün İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə imam Xomeyni (r.ə) adına hüseyniyyədə mərasim təşkil edildi.
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu mərasimdə “Fatihə” surəsini və Qurani-Kərimdən digər ayələri tilavət etməklə Allah-Taalanın dərgahından imam Xomeyninin (r.ə) əziz və möhtərəm həyat yoldaşının ruhu üçün ən uca məqam və yüksək dərəcələr, sonsuz mərhəmət və bağışlanma dilədi.
Hüccətul-İslam Hacı Seyid Həsən Xomeyninin və mərhum imam Xomeyninin (r.ə) ailə üzvləri, bu möminə xanımın yaxınları, hökumət nümayəndələri, ölkənin və ordunun yüksək rütbəli şəxsləri, Məhkəmə Hakimiyyəti və Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilatın, ümumilikdə xalqın müxtəlif təbəqələrindən olan insanların iştirak etdiyi bu anım mərasimində qarilər və məddahlar Qurani-Kərimdən ayələr oxuyub mədhlər söylədilər.
Bugünkü mərasimdə Hüccətul-İslam vəl-müslimin Ələmul-Huda Hacı Seyid Həsən Xomeyni İslami hərəkatının aparıldığı dövrdə mərhum imam Xomeyninin (r.ə) həyat yoldaşının özünəməxsus mühüm roluna xüsusi işarə edərək dedi: “İslam İnqilabının Ali Rəhbərinin konstruktiv hərəkatının lap başlanğıcında məhz bu əzəmətli xanımın iştirakı, dözümü və fədakarlığı onun görkəmli və mütərəqqi bir şəxsiyyət kimi formalaşmasına səbəb olmuşdur”.
Hüccətul-İslam vəl-müslimin Ələmul-Huda Hacı Seyid Həsən Xomeyni belə əlavə etdi: “İmam Xomeyninin (r.ə) əziz xanımı ilkin gənclik dövründən başlayaraq fiqhdə mükəmməl dərəcəyə yetişdiyi, mərcəiyyətə çatdığı və ümmətə imam kimi rəhbərlik etdiyi mərhələyə qədər daim imam Xomeyninin (r.ə) – İslam Respublikasının banisinin köməkçisi və silahdaşı olmuşdur və o xanımın bu ümmətin üzərində böyük haqqı vardır”.