Ali Məqamlı Rəhbərin informasiya bloku

Ayətullah Xameneinin İmam Xomeyninin (r.ə) həyat yoldaşının vəfatı ilə əlaqədar başsağlığı məktubu

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei  imam Xomeyninin (r.ə) yaxın dostu və silahdaşı olmuş əziz xanımının vəfatı ilə əlaqədar olaraq bu möhtərəm ailəyə və ümumən bütün İran xalqına dərin hüznlə başsağlığı vermişdir.

 

Məktubun mətni:

 

 Mehriban və bağışlayan Allahın adı ilə!

Əziz və möhtərəm xanımın – İslam İnqilabının əzəmətli rəhbəri olan imam Xomeyninin (r.ə) həyat yoldaşının vəfatı ilə əlaqədar olaraq (Allah hər ikisinə rəhmət eləsin!) İran xalqına, o əziz imamın (r.ə) bütün dostlarına və silahdaşlarına, o ali nəslin övladlarına, nəvələrinə, xüsusilə Hüccətul-İslam Seyid Həsən Xomeyniyə, möhtərəm oğullarına və həmin nəslin digər nümayəndələrinə dərin hüznlə başsağlığı verirəm.

Dünyasını dəyişmiş həmin möhtərəm xanımın özü adlı-sanlı bir elm xanədanının yadigarı olmaqla yanaşı uzun illər boyu əziz imam Xomeyninin (r.ə) köməkçisi və silahdaşı olmuş, imamın (r.ə) həyata keçirdiyi böyük və ardıcıl mücahidə hərəkatının bütün çətin mərhələlərində ona mənəvi dayaq olmuş, böyük səbr, iradə və Allaha təvəkkül etməklə iftixarlı və ləyaqətli bir həyat yolu keçmişdir.

Allah-Taala bu möhtərəm xanıma və əziz imam Xomeyniyə (r.ə) rəhmət eləsin!

 

Seyid Əli Xamenei

21 mart, 2009-cu il

700 /