Ali Məqamlı Rəhbərin informasiya bloku

Ayətullah Xameneinin Hüccətül-İslam Hacı Şeyx Hüseyn İraninin vəfatı ilə əlaqədar başsağlığı məktubu

İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum mücahid ruhani Hüccətul-İslam Hacı Şeyx Hüseyn İraninin vəfatı ilə əlaqədar bütün İran xalqına və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı vermişdir.

Məktubun mətni:

Allahın adı ilə!

Mərhum mücahid Hüccətul-İslam Hacı Şeyx Hüseyn İraninin vəfatı ilə əlaqədar olaraq onun yaxınlarına, bütün dostlarına, silahdaşlarına  və ümümilikdə Qum şəhərinin inqilab ruhiyyəli mömin əhalisinə dərin hüznlə başsağlığı verirəm. Bu əziz ruhanimiz bütün vücudu ilə İslam dini, İslam İnqilabı və bu inqilabın yüksək ideyaları, ülvi amalları uğrunda xidmət göstərən ixlaslı və fədakar ruhanilərə gözəl bir nümunədir. O, alovlu  çıxışlar söyləyən dili, xalqı üçün alışıb-yanan qəlbi, yorulmaq bilməyən zəhmətkeş vücudu ilə hər bir şəraitdə və həyatının bütün səhnələrində daim Allah-Taalanın və xalqın yolunda fəaliyyət göstərmişdir.

Allah rəhmət eləsin!

Seyid Əli Xamenei 
21 mart, 2009-cu il 
700 /