Ali Məqamlı Rəhbərin informasiya bloku

Hüccətul-İslam Şəfayi Buşəhr ostanının İmam-cüməsi və Vəliyyi-fəqihin həmin ostan üzrə nümayəndəsi təyin edildi

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei verdiyi fərmanla cənab Hüccətul-İslam Şeyx Qulaməli Səfayini Buşəhr ostanının İmam-cüməsi və Vəliyyi-fəqihin həmin ostan üzrə nümayəndəsi təyin etmişdir.

Fərmanın mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Möhtərəm cənab Hüccətul-İslam Şeyx Qulaməli Səfayi 

Cənab Hüccətul-İslam İmani bundan sonra öz xidmət və fəaliyyətini Şirazda davam etdirəcəyi üçün Buşəhrin mömin və inqilabçı əhalisi arasında yetişmiş, Allaha şükürlər olsun, öz elmi, fəaliyyəti və təbliğat sahəsindəki xidmətləri ilə seçilən möhtərəm cənab Hüccətul-İslam Şeyx Qulaməli Səfayini həmin şəhərin İmam-cüməsi və Buşəhr ostanı üzrə öz nümayəndəm təyin edirəm. 

Ümidvaram ki, elm və iman şəhəri olan Buşəhrin əzəmətli mənəvi potensialı möhtərəm cənabın rəhbərliyi altında və onun səyi nəticəsində İslam İnqilabının ali hədəflərinin həyata keçirilməsinə istiqamətləndiriləcək. Buşəhrin səmimi və mömin əhalisi, xüsusilə keçmişdə dəyərli xidmətlərin altından imza atmış əziz cavanları bundan sonra da günü-gündən artan optimist əhval-ruhiyyə və həvəslə bütün ictimai, dini və inqilabi sferalarda  böyük iftixar hissi ilə fəaliyyət göstərəcəklər.

Allahın salamı, rəhməti və bərəkəti sizə olsun!

Seyid Əli Xamenei
2009

700 /