İslam Peyğəmbərinin (s) və imam Sadiqin (ə) mübarək mövludu münasibətilə İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 950 nəfər ümumi və inqilab məhbuslarının, eləcə də tribunal və inzibati orqanlar tərəfindən həbsə alınmış hərbi dustaqların əfv edilməsi və cəza müddətinin azaldılmasını təsdiqlədi.
İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Haşimi Şahrudi tərəfindən irəli sürülən bu təklif İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən təsdiq olunmuş və əfv fərmanı imzalanmışdır.