İİR-nın Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Tacikistanın prezidenti cənab İmaməli Rəhmanla görüşündə İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) çox yaxşı bir təşkilat olduğunu vurğulayıb EKO-nun üzvü olan ölkələrin müxtəlif tutum və xüsusiyyətlərə malik olması kimi həssas məqama toxunaraq dedi: «Bu məntəqə təşkilatı ölkələrin biri digərini tamamlayan tutum və xüsusiyyətlərindən mükəmməl şəkildə istifadə etməklə daha da fəallaşmalı və qüvvətlənməlidir».
O, İran və Tacikistanın müştərək tarixi və mədəni köklərinə, o cümlədən İslam dini və fars dilinə işarə edərək və bu xüsusiyyətləri həmkarlıqların genişlənməsi və dərinləşməsi üçün dəyərli bir fürsət kimi qiymətləndirərək dedi: «İran İslam Respublikası ölkədə inkişaf edən müxtəlif sahələri, o cümlədən «hava-fəza», tibb və müxtəlif sənaye sahələrini qardaş və dost dövlətlərin ixtiyarına verməyə və bu yolla məntəqənin hərtərəfli intensiv inkişafına kömək etməyə hazırdır».
Cənab Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Tacikistan prezidenti cənab İmaməli Rəhman İran millətinə öz ölkəsinin atəşin salamlarını çatdıraraq dedi: «Dünya İİR-nın inkişafının şahididir. Bu tərəqqi bütün müsəlmanları və dünyanın hər yerində yaşayan farsdilli millətləri iftixarlı və alnıaçıq etmişdir».
Cənab İmaməli Rəhman ikitərəfli münasibətlərin yaxşı olduğunu qeyd edərək müştərək planlara işarə edib dedi: «Həmişə İranın bizi dəstəkləməsinə ümidvar olmuşuq və olacağıq».