İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Pakistan prezidenti cənab Asəf Əli Zərdari ilə görüşündə hər iki millətin ortaq çox dərin mədəni və tarixi nöqtələrinə işarə edərək bildirdi: “Mömin Pakistan və İran millətlərinin qarşılıqlı məhəbbəti əsas bir amil kimi hər iki ölkənin münasibətlərinin genişlənməsinə lazımi zəmin yaradır”.
O, Tehran-İslamabad əlaqələrinin inkişaf yolunu çox gözəl dəyərləndirərək əlavə etdi: “Münasibətlərin səviyyəsi hər iki ölkənin bacarıqlarına uyğun olaraq tamamilə mükəmməl şəkildə yüksələn xətt üzrə arta bilər”.
O, İran və Pakistanın əmin-amanlığının bir-biri ilə sıx əlaqəli olduğunu bildirərək, həmçinin hər iki ölkənin müştərək və əhəmiyyətli layihələrinə, o cümlədən Pakistan-İran-Türkiyə dəmiryolu xətti, İran-Pakistan və Hindistan qaz-boru kəməri xəttinə işarə edərək əlavə etdi: “Ümid edirəm ki, lazımi tədbir və cidd-cəhdinizlə böyük işlər ən gözəl şəkildə sona çatdırılacaq”.
İslam İnqilabının Rəhbəri İslam Respublikası və qonşu ölkələrin həmkarlığının onların daxili qüdrətlərinin artmasına səbəb olduğunu bildirərək xatırlatdı: “Bu müştərək qüdrət hər bir prosesi müsbət nəticələrlə tamamlaya bilər”.
Həzrət Ayətullah Xamenei amerikalıların hər bir ölkənin ərazisinə daxil olması və öz nüfuzundan istifadə etməsini vəziyyətin daha da mürəkkəbləşməsi və çətinliklərin artması səbəbi kimi qeyd edərək bildirdi: “Radikal məzhəbi toqquşmaların çoxluğu regionda, o cümlədən Pakistanda çoxsaylı problemin yaranmasına səbəb olmuşdur”.
Həmçinin Pakistanın prezidenti cənab Asəf Əli Zərdari də bu görüşdə hər iki ölkənin misilsiz əlaqələrinə işarə edərək təkidlə dedi: “İranla olan əlaqələrin daha da genişlənməsi üçün var-gücümüzlə çalışırıq və inanırıq ki, İran və Pakistanın müştərək layihələri hər iki millətin indiki və gələcək nəsillərinin mənafeyini təmin edəcəkdir”.
Cənab Asəf Əli Zərdari əlavə etdi: “Nəhayətdə hamı bu qənaətə gəlmişdir ki, bəlkə də millətləri zəiflədib ölkələri ələ keçirmək olar, amma millətləri tamamilə yox etmək olmaz!”.