İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşündə iki ölkənin müştərək dəyərlərinin misilsiz olduğunu qeyd etdi və Tehran-Bakı əlaqələrinin yaxşı olmasına işarə edərək dedi: «Bu əlaqələr müxtəlif sahələrdə daha yaxın, daha səmimi və daha ciddi ola bilər».
İslam İnqilabının Rəhbəri Amerikanın və sionist rejimin İİR ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin genişlənməsinin qarşısını almaq üçün səy göstərdiklərini xüsusi vurğulayaraq əlavə etdi: «Bu maneələrə qarşı qəti və ciddi addımlar atılmalı, müştərək əlaqələrə və inanclara söykənərək bu qardaşlıq əlaqələri daha da dərinləşməli və genişlənməlidir».
İİR-nın prezidenti cənab Əhmədi Nejadın da iştirak etdiyi bugünkü görüşdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev İranın yüksək rütbəli məmurları ilə görüşlərin müvəffəqiyyətli olduğunu qeyd edərək dedi: «Hamımız öz səylərimizi hər iki ölkə arasında mövcud olan və bütün sahələri əhatə edən əlaqələrin genişlənməsinə doğru yönəltmişik».
Cənab İlham Əliyev iki ölkə arasındakı müştərək zəminələrə qarşı yönələn təhdidlərə işarə edərək dedi: «Bəziləri mütəmadi olaraq bu iki ölkənin əlaqələrini təsir altına salmağa səy göstərirlər. Lakin biz heç bir xarici dövlətin Azərbaycanla İran arasında mövcud olan dostluq əlaqələrinə təsir göstərməsinə və müdaxilə etməsinə yol verməyəcəyik».