İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Livan parlamentinin spikeri Nəbiyyə Bəri ilə görüşündə müqavimət cəbhəsində qazanılan iki parlaq qələbədən sonra bölgənin hal-hazırkı şəraitinə işarə edərək bildirdi: «Artıq bu gün Livan Yaxın Şərq məntəqəsinin qəlbinə çevrilmişdir. Qəzza xalqının 22 günlük müharibədə qazandığı qələbə İslam qarşıdurmasının Livandakı 33 günlük müharibədə əldə etdiyi qalibiyyətdən doğan nəticədir».
O, Livana qarşı edilən bugünkü təzyiqləri Livanın bir ölkə kimi böyük əhəmiyyət kəsb etməsinin nəticəsi kimi qiymətləndirərək əlavə etdi: «Məntəqənin müasir görünüşü və xronikası Amerika cəbhəsinin, sionist rejiminin və onların havadarlarının səy və təxribatlarının məğlubiyyəti ilə xülasələnir».
İslam İnqilabının Rəhbəri qeyd etdi: «Allaha təvəkkül edərək vəhdəti qorumaqla və lazımi tədbirlər görməklə düşmənin bütün çətin və asan hazırlıqlarına qələbə çalmaq olar».
Həzrət Ayətullah Xamenei arenada ayıqlığı qorumağın lazımlığını təkidlə vurğulayaraq əlavə etdi: «Amerikada üslubların dəyişilməsi ilə heç də hədəflər dəyişməmişdir və həmin hədəflərə çatmaq üçün səy göstərilir».
İslam Şurası Məclisinin rəhbəri cənab Laricaninin də iştirak etdiyi bu görüşdə Livan parlamentinin spikeri Nəbiyyə Bəri ölkəsindəki dəyişikliklər barəsində məlumat verərkən məntəqənin indiki durumunu Livanın 33 günlük və Qəzzanın 22 günlük müharibəsinin nəticəsi kimi qiymətləndirərək dedi: «Sionist rejiminin hərbi səhnədəki məğlubiyyətindən sonra siyasi səhnədə müharibə hələ də davam edir».
O əlavə etdi: «Amerika və sionist rejim Qəzzada yenidənqurmaya mane olmaqla xalqı Fələstinin qanuni dövlətinə qarşı bədbin etməyə çalışırlar. Lakin onlar öz istəklərinə çatmayacaqlar».