Ali Məqamlı Rəhbərin informasiya bloku

Müsəlmanların Vəliyyi-əmri Həzrət Ayətullah Xameneyi:

Sionist rejiminin İslam oyanışı qarşısındakı yetərsizliyi

"Fələstinə dəstək" beynəlxalq konfransı
İslam
İnqilabının Ali Dini Rəhbəri Ayətullah Xameneyi bu gün səhər "Fələstinə dəstək" beynəlxalq konfransının açılış mərasimində, İslam dünyasının ali məclis sədrləri və başçıları, eləcə də Fələstin və Livan islami müqavimət  hərəkatının ali şəxsiyyətləri iştirak etdiyi məclisdə Livanın 33, Qəzzanın 22 günlük müharibələrində "İsrailin siyasi və nizami meydanda ağır və biabırçı məğlubiyyətinə" işarə edib müqaviməti Fələstinin yeganə nicat yolu kimi qiymətləndirərək təkidlə sionistlərin cinayətkar rəhbərlərinin mühakiməsinin zəruriliyini vurğuladı: Fələstin məsələsinin həlli üçün İranın təklifi bütün işğal olunmuş ərazilərdə yaşayan müsəlman, xristian və yəhudilərin və Fələstin didərginlərinin arasında referendum keçirilməsidir. Bu yolla insan haqlarına uyğun şəkildə Fələstin xalqının seçimi bəlli olsun və yerinə otursun.

İnqilabın Rəhbəri Tehranın baş iclas salonunda başlayan bu əzəmətli konfransda Amerikanın, bəzi qərb dövlətlərinin İsrailə qeyd-şərtsiz kömək etməsinə və islam dünyasından bəzi münafiqlərin onunla əlbir olmasına işarə edərək bu rejimin yenidən müqavimət qüvvələri qarşısında məğlubiyyətini İsrailin süqutu hesab edərək bütün müsəlmanlara və ayıq vicdanlara müraciət etdi: Çalışın sionist cinayətkarların toxunulmazlığı sindromunu sındırmaqla İsrailin siyasi-hərbi rəhbərlərini mühakimə kürsüsünə çəkin, onları ağıl və ədalətin hökm etdiyi layiqli cəzalarına çatdırın ki, bu yolla cinayət dəlisi və bu düşüncədə olanlara cinayət yolu bağlansın.

Ayətullah Xameneyi sionist cinayətkarların Deyr Yasin, Səbra və Şətiladan tutmuş tarixi Qəzza hadisəsinədək olan vəhşi cinayətlərini qondarma sionist dövlət başçılarında "vəhşilik, cinayət və yırtıcılıq xasiyyətinin" davam etdiyinin nişanəsi kimi qiymətləndirərək əlavə etdi: Bu həqiqət və eləcə də müsəlmanların ayıqlıq dalğası qarşısında qəsbkar rejimin yalançı heybətinin aradan qalxması, sionistlərin məğlubedilməzliyi xəyalı ilə onlarla sülh, əminamanlıq şəraitində yaşamaq, yaxud onlara təslim  olmağa və müqavilələrə bel bağlayanlara öz səhvlərini başa salmalı və ayıltmalıdır. O, sionistlərin 60 illik şeytani geniş və heyrətamiz səylərini və onların havadarlarının bu rejimin legitimliyi məsələsinin həlli üçün göstərdikləri səyləri boş və nakam təlaş adlandıraraq əlavə etdi: Sionistlər Fələstini "Holokast" bəhanəsi ilə qəsb etdilər...

İslam inqilabının rəhbəri sionist rejimin indiki vəziyyətinin onun həmişəlik qara tarixindən daha acınacaqlı olduğunu vurğuladı. O, sionistləri Qəzzadakı cinayətlərinə dünya millətlərinin misli görünməmiş etirazlarına işarə edərək əlavə etdi: Livan və Qəzzadakı İslami müqavimət dünyanın vicdanını oyatmış və sionizm əleyhinə keçən 60 il müddətində bu qədər ciddi və geniş olmayan bir dünya müqaviməti yaratmışdır.

O, dünya xalqlarının islami müqaviməti müdafiə etməsini müsəlmanların düşmənlərinə ibrət və müsəlmanlara xüsusilə də qeyrətli cavanlara gözəl dərs olmasını qeyd edərək dedi: Bu həqiqətlər göstərir ki, haqqı qaytarmaq yolunda olan cihadlar əsla boşuna getmir və Allahın möminlərə və haqq mücahidlərinə kömək etmək vədəsi doğru  və haqdır.

Ayətullah Xameneyi həzrətləri İsrailin 60 illik bir gerçəklik olmasını və onunla razılaşmağın lazımlılığını tövsiyə edən uydurmaya işarə edərək dedi: Məgər Balkan, Qafqaz və Orta Asiya 80 il Sovet hökumətinin tərkibində kimliksiz yaşadıqdan sonra yenidən öz müstəqilliyini qaytarmadılarmı? Nə üçün islam dünyasının bir parçası olan Fələstin  yenidən öz islam şəxsiyyətini və ərəbliyini qaytara bilməməlidir? Nə üçün ərəbin ən istedadlı və əzmkar cavanları hesab olunan Fələstin gəncləri  öz iradələrini zalım reallığa qalib edə bilməməlidir?

İnqilabın böyük rəhbəri "Fələstin xalqının yeganə nicat yolu müzakirədir" sözünü yeni bir uydurma hesab edərək dedi: “Bu oyuncaq və yalana özlərini inandıranlar nə əldə etdilər? Onların  təhqiramiz və ihanət dolu mahiyyətinə baxmadan sionistlərdən qəbul etdiyi suveren hakimiyyət; əvvala, təqribən bütün Fələstinin sionist rejimin mülkiyyəti olmasına etirafdan ibarət olan  ağır bir itkiyə, ikincisi isə həmin yarımştat və yalançı hakimiyyətin bir sıra bəhanələrlə ayaq altında əzilməsi ilə tamamlandı və Fələstin gruplaşmaları arasında kin-küdurət yaradaraq bir-birinə düşmən etdilər. Əlbəttə, zəif də olsa bu qədər əldə olunanlar, yenilməz və qeyrətli  qadın və kişilərin müqaviməti və mücahidlərin cihadının bərəkətindən əldə olunmuşdu.Əgər qarşıdurmalar olmasaydı sionistlər, Fələstinin köhnə rəhbərlərinin ardıcıl olaraq tənəzzülünə baxmayaraq  bu qədəri də onlara verməzdi.

İslam inqilabının rəhbəri Amerikanın sionist rejiməqeyd-şərtsiz havadarlığına işarə edərək dedi: “Hətta Buş hakimiyyətinin siyasətini dəyişmək şüarı ilə iş başına gələn Amerikanın yeni prezidenti  də qeydsiz-şərtsiz olaraq İsrailin əmin-amanlığına söz verir. Yəni dövlət terrorizmini, zülm və zorakılığı və 22 gündə yüzlərlə Fələstin xalqının soyqırımını müdafiə edir. Buna əsasən,Fələstin məsələsində Amerika ya İngiltərə ilə müzakirə  etməyin mənası varmı?

Həzrət Ayətullah Xameneyi Millətlər təşkilatı və təhlükəsizlik şurasının 60 il Fələstin məsələsində iş prinsipini rüsvayedici təcrübə kimi qiymətləndirərək dedi: “Buna görə də millətlər təşkilatına bağlı olan təşkilatlarla müzakirə də sonsuz və nəticəsiz bir şeydir”.

İslam inqilabının rəhbəri  "tovhid kəlməsi və söz birliyi" işığında müqaviməti Fələstinin yeganə nicat yolu adlandırdı və dedi: “Bu müqavimətin dayaq nöqtəsi  bir tərəfdən Fələstin mücahid qrupları, mömin xalqın fərdləri, bu ölkənin daxilində və xaricində olan Fələstin qiyamçıları, digər tərəfdən isə bütün dünyanın müsəlman millətləri və dövlətləri, xüsusilə din alimləri, ziyalılar, adlı siyasətçilər və tələbələrdir. Əgər bu iki möhkəm dayaq nöqtəsi öz yerində qalsalar, şübhəsiz ki, sionizm və böyük xəbər agentlikləri imperatorluğunun təbliğat əfsununa düşməmiş ayıq vicdanlar, qəlblər və düşüncələr dünyanın hər yerində məzlum və haqlının köməyinə tələsəcək və özünü böyük sayanların aparatını düşüncə, hiss və əməl tufanı ilə üz-üzə qoyacaqdırlar.  Fələstinin qəsbi olan şeytani tilsimin sınması ilə islam dünyasının ilk tələsik məsələsi, yəni Fələstin müsəlmanların böyük enerjisi ilə həll olacaqdır.

Ayətullah Xameneyi həzrətləri təkidlə sionist rejimin hərbi-siyasi cinayətkar başçılarının mühakiməsinin zəruriliyini qeyd edərək dedi: “Əgər müsəlmanlar Livanın 33 günlük müharibəsindən və o dəhşətli faciədən sonra bu faciəni yaradan sionistlərin cəzalandırılmasını ciddi şəkildə tələb etsəydilər, əgər bu həqiqi tələb, Əfqanıstan xalqının qanına qəltan edilməsindən, İraqdakı işğalçı cinayətləri məsələsində cinayətkarların mühakiməsini ciddi şəkildə tələb etsəydi, bu gün biz Qəzzadakı qanlı hadisənin şahidi olmazdıq”.

O, buyurdu: “Təəssüflə qeyd etməliyəm ki, dünyanın bəzi dövlətləri və siyasətçiləri bəşəriyyətin etik normalarına və islami mühakiməsinə çox biganədirlər. Bu gün bizim islami ayıqlığı sayəsində əzəmətli qüdrətə malik olan millətimiz bu təcrübələrdən dərs almalıdır. İslam dövlətlərinin çoxlu problemlərinin həllinin açarı, islamı müsəlmanların vəhdət və yekdil olmasının əlindədir.

İslam İnqilabının rəhbəriFələstinin məsələsi ərəblərin məsələsidir deyənlərin sözlərinə işarə edərək əlavə etdi: “Bu sözün mənası nədir? Əgər məqsəd ərəblərin qohumluq hissələrinin daha güclü olmasından və daha artıq xidmət və mücahidlik göstərməkdən gedirsə, bu çox bəyənilən bir şeydir və biz buna təbrik deyirik. Amma əgər bu sözün mənası, bəzi ərəb ölkə başçıları Fələstin xalqının ay müsəlmanlar! çağırışına əhəmiyyət vermirlər, Qəzza faciəsi kimi mühüm bir hadisədə qəsbkar və zalım düşmənlə həmkarlıq edirlər, vəzifə məsuliyyəti sakitliyi əlindən alınmış adamların başına" nə üçün Qəzzaya kömək edirsiniz?" deyə qışqırırlar olsa,  onda heç bir qeyrətli müsəlman və qeyrətli ərəb bu sözü qəbul etməz.

Fələstin xalqına hərtərəfli kömək və onlara havadar çixmaq bütün müsəlmanlara vacib kifayidir. İİR-ə və bəzi müsəlman dövlətlərinə Fələstinə kömək etməyi irad tutan dövlətlər özləri bu köməkləri göstərsinlər ki, islami mükəlləfiyyət digərinin böynundan saqit olsun. Əgər buna səy və şücaət gücləri çatmırsa, daha yaxşısı budur ki, irad tutmaq əvəzinə başqalarının şücaətli və məsuliyətli işlərinə təşəkkür etsinlər.

O, "Fələstinə dəstək beynəlxalq konfransının sonunda İİR-ın Fələstinin həlli üçün verdiyi təklifi elan etdi: “Bizim təklifimiz dünya fikir sahiblərinin müştərək məntiqi ola biləcək insansevərliyə tam uyğun olan bir təklifidir. O bundan ibarətdir ki, Fələstin ərazisində yaşayan müsəlman, yəhudi və xristianlığından asılı olmayaraq bütün vətəndaşlar referendum yolu ilə öz  dövlətlərini seçsinlər və uzun müddət çoxlu çətinliklərə və didərginliyə məruz qalan bütün Fələstinlilər də bu referendumda iştirak etsinlər”.

Əgər qərb dünyası bu həll yolunu qəbul etməzsə, demokratiyaya etinasız olduğu ifşa olunacaqdır. Necə ki, yaxın şərq və Qəzzanın seçkilərinin  nəticəsi olan Həmas hakimiyyətini qəbul etməmək göstərdi ki, qərb iddiaçıları demokratiyanı onların istəyi ilə üst-üstə düşüncəyə qədər qəbul edirlər.

Ayətullah Xameneyi Fələstinin yenidən qurulmasına işarə edərək dedi: “İndi Qəzzanın yenidən qurulması Fələstinin ilk tələsik məsələlərindəndir. Əgər Fələstinlilərin seçkisi ilə hakimiyyətə gələn və Fələstinin sionist rejimi geri oturtmaq barəsində son yüzilliyində parlaq nöqtəyə çevrilən HƏMAS dövləti yenidənqurma işlərinin fəaliyyətində mərkəz nöqtəyə çevrilməlidir.

Daha yaxşısı budur ki, Misirli qardaşlar da kömək yollarını açsınlar və müsəlman dövlətlərinin bu mühüm vəzifələrini yerinə yetirmək üçün şərait yaratsınlar”.

700 /