İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İraq prezidenti cənab Cəlal Tələbani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə iki millətin–İran və İraqın qədim və dərin əlaqələrinə, müştərək mədəni, tarixi və dini bağlantılarına işarə edərək təkidlə vurğuladı: “Belə münasib və çoxlu planlar müxtəlif sahələrdə iki ölkə arasındakı əlaqələrin adi və normal inkişafını, eləcə də sazişlərin həyata keçməsini təmin edir”.
O, İİR-nı İraqın həmişəlik dostu adlandıraraq əlavə etdi: “İraqın taleyi daima bizim üçün əhəmiyyətli olmuşdur. İran bacardığı qədər İraq dövlətinin möhkəmliyi, əmin-amanlığı və sabitliyi üçün çalışmış və gələcəkdə də belə olacaqdır”.
İslam İnqilabının Rəhbəri İraqın təbii sərvətlərinə və resurslarına işarə edərək xatırlatdı: “İraqın maddi köməklərə ehtiyacı yoxdur. Amma İİR müxtəlif sahələrdəki təcrübə və nailiyyətlərini iraqlı qardaşların ixtiyarında qoya bilər”.
Həzrət Ayətullah Xamenei əlavə edərək dedi: “Əlbəttə, İran və İraqın yaxın əlaqələrinin daha da genişlənməsinin əsaslı şəkildə istəməyənlər var. Bu səbəbdən bəzi şübhə və təhriklərə qarşı diqqətli olmaq lazımdır”.
O, Amerika və ingilis qoşunlarının, eləcə də onların təhlükəsizlik qüvvələri və hərbi mütəxəssislərinin İraqda olmasının bu dövlətə zərər gətirdiyini vurğulayaraq təkidlə dedi: “İşğalçı qoşunlar tez bir zamanda İraqdan xaric olmalıdır, çünki onların bu yeri tərk etməsinin təxirə düşdüyü hər gün İraq millətinin zərərinə tamamlanacaqdır”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “İşğalçılar İraqda uzun müddət qalmaq üçün zəmin hazırlayırlar. Bu böyük təhlükədir və İraq rəhbərliyi bu təhlükəyə xüsusi diqqət yetirməlidir”.
Həzrət Ayətullah Xamenei belə bildirdi: “İraqın inkişafı və islahı yalnız xarici qüvvələrin istəklərinə qarşı müqavimət göstərməkdədir. Çünki bu qüvvələr İranla İraqın yaxın əlaqələrindən narahatdırlar”.
O, İraq prezidenti cənab Cəlal Tələbaniyə xitab edərək xatırlatdı: “Ümidvarıq ki, siz və İraqın baş naziri cənab Maliki ikitərəfli anlaşma və sazişlərin həyata keçməsinə ciddi şəkildə nəzarət edəcəksiniz”.
İslam İnqilabının Rəhbəri münafiqlərin İraqdan çıxarılmasına dair ikitərəfli sazişə işarə edərək təkidlə bildirdi: “Bu qərar həyata keçməlidir və biz onu səbirsizliklə gözləyirik”.
Həzrət Ayətullah Xamenei münafiqləri fəsad və şər mənbəyi elan etdi və onların terroristlər siyahısından xaric olunmasına dair Avropa Şurasının çıxartdığı qərara işarə edərək əlavə etdi: “Avropa Şurasının bu qərarı bir daha göstərdi ki, Qərb dünyasının nəzərində terrorist olub-olmamaq şərti xarakter daşıyır və Qərbin maraq dairəsindədir və gerçəkliklə heç bir əlaqəsi yoxdur”.
O xatırlatdı: “Digər tərəfdən avropalılar bu qərarla yanaşı, münafiqləri öz ölkələrinə qəbul etmək də istəmirlər”.
İslam İnqilabının Rəhbəri İraqdakı iranlı məhbusların məsələsini də iki ölkə arasında olan digər bir məsələ hesab edərək bəyan etdi: “Bunlardan bir çoxu heç bir cinayət işləməmişlər. İraq dövlətinin bəzi məhbuslarının azadlığa buraxılması barədəki qərarına baxmayaraq onlar hələ də azad olmamışlar. Bu məsələ də tezliklə həll olunmalıdır”.
Sonda Həzrət Ayətullah Xamenei İraqdakı vilayət icra aparatı seçkilərinin müvəffəqiyyətlə keçirilməsindən məmnun olduğunu vurğulayaraq BƏƏS-çilər və onların qiyamları müqabilində ayıq olmağın lazımlığını xatırlatdı. Həmçinin o, ümidvarlıqla belə bildirdi: “İraq milləti vəhdət və birliklə öz həqiqi müstəqilliyini əldə edərək İslam dünyasında parlayacaq”.
İİR-nın prezidenti cənab Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə, İraq prezidenti cənab Tələbani İran dövləti və millətinə İraq xalqını himayə etdiyinə görə təşəkkür edərək və Tehran danışıqlarını müsbət qiymətləndirərək dedi: “İranla İraq arasında mövcud olan əlaqələr özünəməxsus, fərqli və möhkəmdir. Tehran danışıqlarında isə bu əlaqələrin daha da genişlənməsinə dair saziş imzalandı”.
O, İranla İraqın əlaqə və həmkarlıqlarının genişlənməsinin yalnız məntəqədə sülh, əmin-amanlıq və sabitliyə xidmət edəcəyini vurğulayaraq dedi: “Tehranla Bağdad arasındakı əlaqələrdən narahat olduqlarını büruzə verən bəzilərindən fərqli olaraq biz belə hesab edirik ki, bu əlaqələrin güclənməsi həm bizim, həm də məntəqənin xeyrinədir”.
İraqın prezidenti münafiqlərin İraq ərazisindən çıxarılması barədə bunları dedi: “Onlar cinayətkardırlar və İraq xalqına qarşı da saysız-hesabsız cinayət əməlləri törətmişlər. İraq dövləti onları ölkədən çıxartmaqda qərarlıdır və bunu həyata keçirəcəkdir”.
Cənab Tələbani BƏƏS-çilərin İraqda sabitliyi və asayişi pozmaq, həmçinin narahatçılıq yaratmaq cəhdlərinin bəzisinə işarə edərək dedi: “Təəssüflə qeyd etməliyəm ki, məntəqənin bəzi dövlətləri BƏƏS-çilərlə mübarizədə İraq dövləti ilə həmkarlıq etmirlər”.