İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Əmir Kəbir Texniki Universitetinin rektoruna və adı çəkilən universitetdə Vəliyyi-fəqihin nümayəndəliyinin rəhbərinə ünvanladığı məktubun haşiyəsində bu universitetdə müqəddəs müdafiədə şəhid olan 5 naməlum əsgərin cənazə və dəfni barəsində belə buyurmuşdur:
“Mehriban və bağışlayan Allahın adı ilə!
Bu şəhidlər bu torpağa təcavüz edənlərə qarşı millət və ölkənin müdafiəsi naminə canını dişinə tutaraq, Allahın adı ilə döyüş meydanına qədəm qoyan mömin və fədakar cavanlar idilər. Millətimiz, xüsusilə də bugünkü gənclər şəhidlərə borcludurlar. İran millətinə İslam, azadlıq və istiqlaliyyəti bəxş edən məhz şəhidlərin fədakarlıqları olmuşdur. Odur ki, onların böyük haqlarını qaytarmaq, adlarını hörmətlə yad etmək və onları daima anmaq ali dəyərlərə sadiq qalmağın bariz nişanəsidir. Allahın salamı olsun onlara!”
Seyid Əli Xamenei