İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei vəqf və xeyriyyə təşkilatlarının rəis və məsul şəxsləri ilə görüşündə vəqfi çox yaxşı və mübarək bir əməl adlandıraraq, həmçinin İlahi dinlər və İslamda belə gözəl adətin olmasına xüsusi işarə edərək bildirdi: “Vəqf mədəniyyəti daha da yayılmalı və genişlənməlidir”.
O, ölkədə müxtəlif vəqflərin olmasına işarə edərək vəqf edənin layiqli əməlinin niyyətinin vəqf mədəniyyətinin genişlənməsində çox təsirli olduğunu bildirdi. Daha sonra Həzrət Ayətullah Xamenei əlavə etdi: “Vəqf və xeyriyyə təşkilatlarının rəhbərlərinin təşəbbüsləri və bu sahədə gördükləri işlər vəqf mədəniyyətinin daha geniş surətdə yayılmasına səbəb olur”.
İslam İnqilabının Rəhbəri Şah dövründə vəqf və xeyriyyə təşkilatlarının rəhbərlərinin işlərindəki əyintilərə də işarə etdi: “İslam rejiminin vəqf mədəniyyəti istiqamətində atdığı əsas addımlardan biri xeyriyyəçilərin gözəl niyyətlərini yaşatmaqdır ki, bu böyük xidmət vəqf təşkilatlarının və xeyriyyə idarələrinin öhdəsinə düşür və həm İlahi razılığa, həm də xalqın sevincinə səbəb olur”.