İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei hörmətli alim Hüccətul-İslam vəl-müslimin Muhyiddin Hairi Şirazinin xidmətlərinə görə ona təşəkkür etdi və Hüccətul-İslam Şeyx Əsədullah İmanini Şirazın İmam-cüməsi və Vəliyyi-fəqihin Fars ostanı üzrə nümayəndəsi təyin etdi.
Sərəncamın mətni
Mehriban və bağışlayan Allahın adı ilə!
Cənab Hüccətul-İslam vəl-müslimin Muhyiddin Hairi Şirazi,
Uzun illər boyu Şirazın İmam-cüməsi vəzifəsində xidmət göstərmiş cənab Hüccətul-İslam vəl-müslimin Muhyiddin Hairi Şirazi hal-hazırda bu vəzifədən istefaya çıxmaqda israr edir. Mən də öz növbəmdə hörmətli alimə göstərdiyi böyük xidmətlərinə görə öz dərin minnətdarlığımı bildirirəm. Sizə gəlincə isə Allaha şükürlər olsun ki, sizi elm və əməl sahibi olmaqla açıqfikirli və gözəl natiqlik məharətinə malik olan bir şəxs kimi tanıyır və İmam-cümə vəzifəsinə təyin edirəm.
Şiraz şəhəri bu ölkənin ən çox seçilmiş iftixarlı şəhərlərindən biri hesab olunur. Bu şəhərin camaatı keçmişdə və indi dindarlığı, elm və mədəniyyət sahələrindəki istedadları və əxlaqları ilə tanınıblar. Onlar Əhli-beyt (ə) övladlarını öz şəhərlərində qonaqpərvərliklə qarşılamaqla həmişə başıuca olublar. 30 il ərzində də çətin sınaqlardan səylə, iftixar və uğurla çıxıblar. Ümid edirəm ki, sizin o şəhərdə İmam-cümə kimi yüksək məqamda olmağınız Şiraz camaatının müvəffəqiyyətini və mənəviyyatını daha da artıracaq.
Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!
Seyid Əli Xamenei
12 fevral, 2009-cu il