Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabı qələbəsinin 30-cu ildönümü ilə əlaqədar:

Bir çox məhbuslar əfv edildi

İslam İnqilabı qələbəsinin 30-cu ildönümü ilə əlaqədar Həzrət Ayətullah Xamenei 1167 nəfər ümumi və inqilab məhbuslarının, eləcə də tribunal və inzibati orqanları tərəfindən həbsə alınmış hərbi dustaqların əfv edilməsini təsdiqlədi.

İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Haşimi Şahrudi İslam İnqilabı qələbəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq 1167 nəfər məhbusun əfv komissiyası tərəfindən əfv edilməsi ilə bağlı təklifini İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xameneiyə təqdim etmiş və bu təklif onun tərəfindən təsdiq olunmuşdur.

 

  2009/02/11

700 /