Bu gün İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran və Türkmənistan arasında çoxlu və dərin tarixi-mədəni müştərək cəhətlərə işarə edərək bildirdi: «Müxtəlif imkanlar və müxtəlif sahələrin olmasını nəzərə alaraq iki ölkə bir çox sahələrdə əməkdaşlıq edə bilərlər».
O, İran İslam Respublikasının elmi, sənaye, texniki və mədəni sahələrdəki istedad və bacarıqlarını xatırladaraq əlavə etdi: «İranın imkanları Türkmənistanın bir çox ehtiyaclarını ödəyə bilər. Həmçinin hər iki ölkə bu əməkdaşlıqdan kifayət qədər bəhrələnə bilər».
İslam İnqilabının Rəhbəri xatırlatdı: «İran və Türkmənistanın sürətlə artan inkişaf və tərəqqisini daha da yüksəltməli və bu iki ölkə arasında olan müqavilələr və əməkdaşlıqlar hər iki tərəfdə əminlik yaratmalıdır».
Görüşdə İran İslam Respublikasının prezidenti cənab Mahmud Əhmədi Nejad da iştirak edirdi. Türkmənistan Respublikasının prezidenti Qurbanqulu Berdiməhəmmədov da İslam İnqilabı qələbəsinin 30-cu ildönümü münasibətilə İİR-nın prezidenti cənab Mahmud Əhməd Nejadı təbrik etdi və onunla apardığı danışıqların faydalı və səmərəli olduğunu bildirdi. Daha sonra o əlavə etdi: «Tehran müzakirələrində bir çox sahələrdə əməkdaşlıqlara dair yaxşı təkliflər irəli sürüldü və biz ümid edirik ki, bu layihələr tezliklə icra olunacaq».
O, Qazaxıstan-Türkmənistan-İran dəmiryol xəttini iki ölkə arasındakı əhəmiyyətli layihələrdən biri hesab edərək dedi: «Türkmənistan qonşu və dost olan İran İslam Respublikası ilə əməkdaşlığın daha da genişlənməsini arzulayır».