Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Ali Dini Rəhbəri:

İslam İnqilabı yüksək irəliləyişlərə yol açdı

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İİR-nın Hərbi Hava Qüvvələrinin komandirləri ilə hərbi işçilərin çoxsaylı qrupu ilə görüşündə İran xalqının Allaha iman, milli özünəinam hissini qoruma və elmi-əməli səyləri ilə yetişdiyi 30 illik inanılmaz inkişafına və nəzərə çarpan yüksək irəliləyişlərinə işarə edərək bildirdi: «İran xalqının hər il həvəslə və sarsılmaz əzmlə iştirak etdiyi genişmiqyaslı 22 Bəhmən yürüşləri bu xalqın İslam İnqilabının hədəflərinə səbr və dözümlə sadiq qalmalarının və milli dirçəlişin təzahürüdür. Builki 22 Bəhmən yürüşü Allahın köməkliyi ilə milli nümayişin əzəmətli bir görüntüsü olacaqdır».

Hərbi Hava Qüvvələrinin bir qrup hərbi işçi komandirlərinin 1357-ci ilin bəhmən ayının 19-da imam Xomeyni (r.ə) ilə tarixi beyətlərinin ildönümü münasibətilə təşkil olunan bugünkü görüşdə baş komandan 19 bəhmən gününü ixlasa söykənən əbədi bir hadisə, həmçinin o dövrün olayları dəyişiklikləri qarşısında nümayiş edilən sarsılmaz əzmin doğru dərketmənin təzahürü hesab edərək dedi: «1357-ci ilin 19 bəhmən tarixində Hərbi Hava Qüvvələri özünün millətə bağlılığını həqiqi mahiyyətini üzə çıxardı».

Həzrət Ayətullah Xamenei ətrafda baş verənləri düzgün dərketmənin çox böyük dəyərə malik olduğunu xatırlatdı: «İran İslam İnqilabı böyük dəyişikliklərin əsası oldu».

O, İran cəmiyyətində, İslam ümmətində siyasət dünyasındakı dəyişilmələri İslam İnqilabının qələbəsindən doğan 3 önəmli hadisə adlandıraraq qeyd etdi: «İslam İnqilabı İran millətini sarsılmaz əzmə sahib olan, qüdrətli doğru seçim edən, uca izzətli, o cümlədən digər toplumlara təsiretmə gücünə malik olan bir millətə çevirdi».

İslam İnqilabının Rəhbəri İslam sistemi ilə düşmənçilik edənlərin regionun mühüm məsələlərində İranın təyinedici rolunu bu mövqenin İslam İnqilabından öncəki şəraitdə müqayisəedilməzliyini etiraf etməsinə işarə edərək vurğuladı: «Bir sıra böyük qüvvələr İranda baş verən bu əzəmətli dəyişikliyi qəbul etməyə hələ hazır deyillər. Lakin bu millət öz əzm iradəsinə diqqət yetirib, onun əsasında qərar qəbul etdikdə qərarlarını həyata keçirtdikdə artıq heç bir qüdrət onun qarşısında dura bilməz belə millətə bir daha hökmranlıq etmək imkansızdır».

Həzrət Ayətullah Xamenei dünyanın böyük qüdrətləri ilə İran İslam Respublikası arasındakı əsas problemləri izah edərkən dedi: «Ötən 30 il ərzində dünyanın böyük qüdrətləri İslam İnqilabından öncəki «cəhənnəm» hakimiyyətini geri qaytarmaqdan ötrü bütün yollar üsullardan istifadə etmişlər. Lakin bu xalq böyük əzmi müqaviməti ilə belə halların qarşısını almış gələcəkdə dünyanın böyük qüdrətlərinin hakimiyyətinə boyun əyməyəcəkdir». Sonra İslam İnqilabının Rəhbəri belə xatırlatdı: «İllər boyu İran xalqına qarşı edilmiş müxtəlif blokadalara baxmayaraq, «Ümid» süni peyki orbitdə yerləşdirildi bir neçə böyük ölkənin monopoliyasında olmasına baxmayaraq uranın zənginləşdirilməsinin elmi texnologiyası öyrənildi».

İslam İnqilabının Rəhbəri qeyd etdi: «Bu blokadaların hədə-qorxuların artıq təsiri yoxdur. Çünki İran xalqı artıq öz yolunu tapmış dərin imana arxalanaraq qəti addımlarla irəliyə doğru inkişaf yolunu qət etməkdədir».

Həzrət Ayətullah Xamenei İslam İnqilabı düşüncəsinin region dünyaya daha geniş yayılmasını inqilabın 30 illik dəyişikliklərindən biri hesab edərək əlavə etdi: «Qəzza hadisəsi ondan da öncə Livanda baş verən 33 günlük müharibədə müasir silahlarla silahlanmış sionist rejimi ordusunun, hətta Amerikanın dəstəyi ilə bir xalqa, əzmli imanlı bir topluma qalib gələ bilməməsi İran İslam İnqilabının düşüncə təfəkkürünün dərinləşməsinin təzahürüdür».

O, dünya qüdrətlərinin coğrafi dəyişikliklərini, eləcə dünyanın «istismarçı asılı ölkələr» bölgüsünün dəyişilməsini İslam İnqilabının yaratdığı digər dəyişikliklərdən biri hesab edərək bildirdi: «İran İslam İnqilabı dünya qüdrətləri qarşısında əsaslarını qoruyaraq təslim olmayaraq öz düz yolunda irəliyə doğru hərəkət edir   gələcəkdə Allaha iman yolunda milli özünəinam hissinin qorunması, həmçinin bütün sahələrdə aparılan elmi-əməli səylər İran xalqının yeganə kamil qələbəsidir».

İslam İnqilabının Rəhbəri hər il müxtəlif hava şəraitlərində təşkil olunan genişmiqyaslı təmtəraqlı 22 Bəhmən yürüşlərində xalqın mətanət vüqarla iştirakını İslam İnqilabının hədəflərinə çatmaqdan ötrü dözümlülüyün səbrin göstəricisi, həmçinin İran xalqının dirçəliş inqilabın doğru inkişaf yolundan doğan uğurlu nümayiş hesab edərək vurğuladı: «Builki 22 Bəhmən tarixində Allahın köməkliyi ilə xalq geniş surətdə irəli çıxacaq 22 Bəhmən yürüşündə, həmçinin digər müxtəlif mərasimlərdə xalqın genişmiqyaslı iştirakı düşmənin İran milləti qarşısındakı seçimini uğursuzluğa düçar edəcəkdir».

Həzrət Ayətullah Xamenei əlavə etdi: «Ölkədə mütəmadi keçirilən bu əzəmətli milli nümayişlər böyük texniki görüşlər günbəgün daha da çoxalmalıdır».

Baş komandan öz çıxışını digər bölümündə imam Xomeyninin (r.ə), eləcə Hərbi Hava Qüvvələrində sair sahələrdə həlak olan şəhidlərin xatirəsini əziz uca tutaraq Hərbi Hava Qüvvələrini əzəmətli, təşəbbüskar inkişaf edən bir qrup adlandıraraq dedi: «Hərbi Hava Qüvvələri müxtəlif şəraitlərdə, xüsusilə müqəddəs müdafiə dönəmində ordunun daim ən dəyərli, ən parlaq üzağardan hissələrindən biri olub».

Bugünkü görüşmədə Hərbi Hava Qüvvələrinin komandanı təyyarəçi-general Şahsəfi məruzəsini təqdim edərkən hava ordu qüvvələrində raketdən müdafiə sisteminin imkanlarına bu sahədə əldə olunmuş yeniliklərə dair məlumat verdi Hərbi Hava Qüvvələrinin bütün hədələr müqabilində hazır olmasına da xüsusi işarə etdi.

700 /