İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Hövzənin (1) rəhbəri, Ali Şura üzvləri və Qum Elmi Hövzəsinin müdiriyyəti ilə görüşündə Elmi Hövzələri daha yüksək və zəngin mənbə hesab edərək qeyd etdi: «Müasir tələblərə cavabvermə, planların qurulması və reallaşdırılması Hövzədə elə dərin və əhatəli formada qurulmalıdır ki, bunun nəticəsində cəmiyyət və ruhaniliyə öncəkindən daha artıq xidmət edilsin».
O, Hövzənin planlaşdırma sahəsində və müdiriyyət işlərində nəzərə çarpan irəliləyişlərinə işarə edərək əlavə etdi: «Öz hədəfinə çatmaqda və dəyərli nailiyyətlər əldə etməkdə işçi qrupların və ixtisasçı təşkilatların yaradılması ancaq və ancaq Hövzəyə yardım edir».
Həzrət Ayətullah Xamenei bugünkü görüşdə irəli sürülən tam dolğun və ətraflı düşünülmüş məruzələrə xüsusi işarə edərək vurğuladı: «Nəzərdə tutulan səy və təşəbbüslərlə irəliyə doğru hərəkət əməldə də nöqsansız, düzgün olmalı və onun nəticələri duyulmalıdır».
İslam İnqilabının Rəhbəri planların həyata keçirilməsində əldə olunan müvəffəqiyyətlərin qiymətləndirilməsinin zəruriliyini xatırladaraq əlavə etdi: «Hövzənin Ali Şurası da bu hədəfə çatmaqdan ötrü Hövzə rəhbərliyinə kömək etmək əzmindədir».
Görüşün başlanğıcında Hövzənin Ali Şurasının rəhbəri Ayətullah Yəzdi əldə olunmuş nailiyyətləri tam şəkildə əks etdirən məruzə təqdim edərək söylədi: «Ali Şuranın ən önəmli və birinci dərəcəli işi yeni mərhələdə öz tabeçiliyində olan və Hövzənin daxili siyasətini müəyyənləşdirən şuraların yaradılması istiqamətində çalışmaq olmuşdur».
Elmi Hövzənin rəhbəri də ixtisasçı həmkarlar ittifaqının yaradılması, bölgələrdə Hövzənin gücləndirilməsi, o cümlədən təlim-maarif planlarına və lazımi statistik məlumatlara dair məruzə söylədi.
_______________
(1) Hövzə – Ali Elmi-Ruhani Akademiya