İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İİR-nın prezidenti cənab Əhmədi Nejadın iranlı alimlərin «Ümid» milli peykini müvəffəqiyyətlə orbitə çıxarmasına dair yazdığı məktubuna cavab olaraq bildirmişdir ki, bu uğurlar əzəmətli İslam İnqilabının ürəklərdə yaratdığı ümidlərin doğrulmasını göstərən bir əlamətdir.
Prezidentin məktubu
Allahın adı ilə!
İslam İnqilabının əziz Rəhbəri Həzrət Ayətullah Xamenei,
Salam.
Fəcr ongünlüyünün inkişaf və ədalətlə sezilən bayram günlərində, İslam İnqilabının IV onilliyi ərəfəsində iftixar hissi ilə bildirirəm ki, sizin inqilabınızın yetişdirmələrinin gecə-gündüz ardıcıl səyləri nəticəsində hava sənayesi sahəsində yerli, peyk və yerdən idarəetmə stansiyaları düzəltməyə nail olmuşlar. Həzrət imam Museyi-Kazımın (ə) təvəllüd gecəsində İran İslam Respublikasının düzəltdiyi ilk peyk orbitə çıxarıldı və dünya əhalisini İslama, ədalətə, sülhə və dostluğa çağırdı.
Şübhəsiz, bu addım böyük elmi sıçrayışların başlanğıcına, İran xalqının beynəlxalq səviyyədə yüksəlişinə, gənclərdə özünəinam hissinin yaranmasına və İlahi istedadların daha da çiçəklənməsinə, həmçinin dünyada yaşayan bütün azad xalqların ruhiyyəsinin güclənməsinə səbəb olacaqdır.
İndi bu böyük nailiyyət münasibətilə Həzrət Vəliyyi-əsri (ə.f), sizi və İranın böyük xalqını təbrik edirəm, bu işə görə bizə köməklik göstərənlərə, eyni zamanda ümidverici yol göstərməyinizə və dəstəklərinizə görə sizə dərin təşəkkürümü bildirirəm və məqsədli mömin cavanlardan öz nəsihətlərinizi əsirgəməyəcəyinizə ümidvaram.
O böyük Allahdan da sizin üçün salamatlıq və izzət, İran xalqı üçün isə günbəgün artan inkişaf və tərəqqi diləyirəm.
Mahmud Əhmədi Nejad
İslam İnqilabı Rəhbərinin cavab məktubu:
Allahın adı ilə!
İran İslam Respublikasının prezidenti cənab Mahmud Əhmədi Nejad,
Bu layiqli addım istiqamətində çalışan hörmətli müdir və alimlərə səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Bu, İran xalqının əzəmətli inqilabının ürəklərdə yaratdığı sədaqətli ümidlərin doğruluğunu göstərən başqa bir nişanədir. Allah sizin hamınızı qorusun!
Seyid Əli Xamenei