İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei diktator rejimlərin həbsxanasından azadlığa çıxan bir qrup məhbusla görüşü zamanı acınacaqlı və cansıxıcı əsirlik dövrlərinə toxunaraq xatırlatdı: «Siz həbsxanada göstərdiyiniz müqavimət və səbrinizlə İslamın əzəmətli və dünyəvi dirçəliş hərəkatını çox irəliyə apardınız. Eyni zamanda sizin müqavimətinizin hər bir anı Allah yanında böyük dəyərə və gözəl mükafata malikdir».
Həzrət Ayətullah Xamenei indiki sionist rejimi ilə 30 il öncəkini müqayisə edərək vurğuladı: «Bir neçə müddət əvvəl özünü çox-çox əzəmətli hesab edən müstəmləkəçi qüdrətlər indi öz gücsüzlük və zəifliklərini hiss etməkdədirlər. Bu döyüşlərin davam etməsi ilə qələbənin və İlahi qüdrətin nişanələri irəlidə daha aydın şəkildə görünəcəkdir».
İslam İnqilabının Rəhbəri Allah və İlahi peyğəmbərlərin yolunun möhkəm və sarsılmaz olduğunu təkidlə vurğulayaraq dedi: «Allahın Livan və Fələstin döyüşçülərinə səbr və müqavimət verdiyi və onların da Livanın cənubunda, həmçinin Qəzzada qələbə çaldıqları kimi digər döyüşçülər də, Allah qoysa, qələbənin şirinliyini dadacaqlar».
Bu görüşdə sionist rejimi həbsxanasından azad olmuş döyüşçülər Səmir Qintar, Şeyx Əbdülkərim Əbid və Mustafa Dirani, Səddamın təhrikedici rejiminin həbsxanasından azadlığa çıxan məhbuslar Cabbar Məvat Kəsar və Fazil əl-Musəvi, o cümlədən diktator rejimi həbsxanalarından azadlığa qovuşan bir neçə məhbus və onların ailə üzvləri də iştirak edirdilər.