Ali Məqamlı Rəhbərin informasiya bloku

İsmayıl Haniyənin İslam İnqilabının Rəhbərinə müraciəti:

Fələstin xalqının sizin dəstəyinizə ehtiyacı var

“Fələstinin qanuni dövləti”nin baş naziri” İsmayıl Haniyə Həzrət Ayətullah Xameneinin qəhrəman İran xalqının Fələstin xalqını, xüsusilə Qəzza İslami müqavimət qüvvələrini misli-bərabəri görünməmiş cəsarətli dəstəklərinə minnətdarlıq məzmununda İslam İnqilabının Rəhbərinə etdiyi müraciətdə belə vurğulayır: «Özüm, Fələstin milləti yaralı, lakin qalib Qəzza tərəfindən Ali Cənablarına və böyük İran millətinə İslami dəyərli mövqeyinə görə ən yüksək salamlarımı göndərirəm”.

Müraciətin məzmunu:

Allahın adı ilə!

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Ayətullahül-Üzma Əli Xamenei

Allahın salamı, rəhməti və bərəkəti sizə olsun!

Fələstin dövləti və xalqı, o cümlədən yaralı, lakin qalib Qəzza tərəfindən Ali Cənablarına İran İslam Respublikasının rəhbərliyinin və İran millətinin yüksək ruhiyyəsini əks etdirən dəyərli, cəsarətli və İslami mövqeyinə görə öz dərin minnətdarlıq və təşəkkürümü bildirməklə böyük qürur və iftixar hissi duyuram.

Ali Cənablarının Qəzzaya təcavüz edilməzdən öncə, o cümlədən acınacaqlı Qəzza müharibəsi günlərində etdiyi çıxışlar və bəyanatlar Qəzza xalqı və İslami müqavimət qüvvələrinin düşmənin hücumları önündə şərəf, azadlıq, mərdlik və dirçəliş ruhiyyəsi qazanmasına səbəb oldu.

Ali Cənablarının məsuliyyətli göstərişləri sayəsində İran İslam Respublikası bütün mümkün şəraitlərdə, xüsusilə də Qatarın paytaxtı – Dohada olarkən böyük aktivlik nümayiş etdirdilər. Belə ki, bu çalışmalar bizim xalqımıza böyük köməklik etdi və Fələstin xalqında gələcəyə yeni ümid yaratdı.

İran İslam Respublikası özünün fərqli sahələrdə göstərdiyi dəstəkləri ilə Fələstin xalqının daha da möhkəmlənməsinə səbəb oldu. Qəzza xalqının son müharibədəki qələbəsi, əslində, Livanın cənubundakı döyüşdən sonra İslami müqavimət qüvvələrinin ikinci qələbəsidir. Allah Ali Cənablarına və İran millətinə bu yardım və dəstəklərinə görə xeyirli mükafat versin.

İran milləti Ali Cənablarının rəhbərliyi nəzdində Fələstin xalqına dəstək istiqamətində çoxlu səy və müqavimət göstərdi. Bu çalışmalar bizim qürur mənbəyimizdir və buna görə də İran millətinə təşəkkürümüzü bildiririk. Fələstin xalqının, xüsusilə Qəzza əhalisinin siyasi və qeyri-siyasi dəstəyə, düşmənin təcavüzündən meydana çıxan çətinliklərin həllində və müvəffəqiyyət qazanmasında İran xalqı tərəfindən edilən yardımlara və itkilərin azaldılmasına böyük ehtiyacı vardır.

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri, Fələstin millətinin öz həqiqi şərəf və ləyaqətinə yiyələnməsi üçün işğal və mühasirəsiz, eyni zamanda azad və vicdanlı yaşayışa çox ehtiyacı vardır. Bu məqsədin gerçəkləşməsi Allahın lütfü və tofiqindən sonra Ali Cənabları və müsəlman İran millətinin Amerikanın zalım hökuməti, eləcə də cinayətkar sionist rejimi qarşısında öz dəstəklərini davam etdirmələrinə sıx bağlıdır.

Sonda Ali Cənablarının və İran İslam millətinin mənim və Fələstin millətinin dərin minnətdarlıq və təşəkkürünü qəbul etməyini xahiş edirəm.

Qardaşınız İsmayıl Haniyə

“Fələstin dövlətinin baş naziri”

700 /