Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının 30-cu ildönümü ərəfəsində:

İmam Xomeyni məqbərəsini ziyarət

İslam İnqilabının 30-cu ildönümü ərəfəsində “Əyyamullah”dan – “Allah günləri”ndən olan “Fəcr ongünlüyü”nün birinci günü və mərhum imam Xomeyninin (r.ə) İrana –İslam torpağına gəlişinin ildönümü münasibətilə bu gün səhər İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Xomeyni məqbərəsini ziyarət etmiş və İİR-nın banisinin yüksək məqamını «Fatihə» surəsini oxumaqla əziz tutmuşdur. Daha sonra İslam İnqilabının Rəhbəri “Yeddi Tir” şəhidlərinin məzarını və “Şəhidlər Gülüstanı”nı ziyarət edərək şəhidlərin pak ruhlarının uca dərəcələrə çatması üçün dualar etmişdir.

700 /