Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri HƏMAS-ın baş nazirinə müraciəti:

Bu günə qədər sizin etdiyiniz cihad Amerika, sionist rejimi, eləcə də onların himayədarlarını, BMT və İslam ümmətinin münafiqlərini rüsvay etmişdir.

İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei HƏMAS-ın baş naziri İsmayıl Haniyəyə göndərdiyi məktubunda Qəzzanın məzlum, eyni zamanda “səbirli, fədakar və şücaətli” mücahidlərinin sionist rejiminin tam silahlanmış ordusunu məğlub etməsinə işarə edərək bildirmişdir: “Tarixin ən faciəli, dəhşətli cinayətlərindən birinin müqabilində sizin və Qəzza xalqının iman və şərəfli müqaviməti Amerikanı və sionist rejimini himayə edənləri, xainləri və İslam ümmətinin münafiqlərini rüsvay etmişdir. Həmçinin İslam ümmətinin bayrağını daha da ucaltmağa çalışmaq bəşər əleyhinə olan düşməni hər gün daha çox zillətə düçar edəcəkdir”.

 

Məktubun mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Salam olsun əziz və mücahid qardaşım İsmayıl Haniyəyə.

Sizin 20 günlük səbriniz şücaətli mücahidlərin, canlarından keçmiş şəhidlərin və mübariz Qəzza xalqının izzət bayrağını dünyanın və tarixin ən faciəli müharibə cinayətlərindən birinin qarşısında İslam ümmətinin başı üzərində dalğalandırmağa başlamışdır. Siz isbat etdiniz ki, Allaha, qiyamətə və böyük ruha imanla dolu olan ürək zülm və zorakılıq qarşısında zilləti və təslimçiliyi əsla qəbul etmir və elə bir qüdrət yaradır ki, tam silahlanmış zülmkar bir ordu belə onun qarşısında gücsüz və zəlildir. Elə bir ordu ki, sizin fədakarlıq və şəhidliyə can atma istəyiniz və gücünüz 20 gündür ki, onu Qəzza qapıları arxasında alçaltmışdır. Bu, o ordudur ki, 6 gün ərzində 3 ərəb ölkəsinin böyük bir hissəsini işğal etmişdir. Öz iman və təvəkkülünüz, İlahi vədəyə olan hüsni-zənniniz, səbriniz, şücaətiniz və fədakarlığınızla fəxr etməlisiniz. Necə ki, bu gün bütün müsəlmanlar sizinlə fəxr edirlər. Bu günə qədər sizin etdiyiniz cihad Amerika, sionist rejimi, eləcə də onların himayədarlarını, BMT və İslam ümmətinin münafiqlərini rüsvay etmişdir. 

Bu gün nəinki təkcə müsəlman millətləri, hətta Avropa, Amerika millətlərinin böyük bir hissəsi sizin haqq yolunda olmağınızı ürəkdən qəbul edirlər. Siz bu gün də qələbə çalmısınız və İnşallah, sizin bu şərəfli müqavimətinizi davam etdirməyinizlə bəşər əleyhinə bir gücsüz olan düşmən daha çox zillətə düşəcək və məğlub olacaqdır.

Biliniz:

“(Ya Muhəmməd!) Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu”

(“Zuha” surəsi, ayə 3).

 Həmçinin:

“Məgər (O) səni yetim ikən tapıb sığınacaq və pənah vermədimi?”

(“Zuha” surəsi, ayə 6).

Bununla belə qanlı hadisələrə və fələstinli mülki şəxslərin faciələrinə, xüsusilə də məzlum və günahsız uşaqlara görə ürəyimiz qanla doludur. Hər gün televiziya kanallarında bir neçə dəfə yayımlanan Fələstin qəsbkarlarının törətdiyi qorxunc cinayətlər xalqımızı məəttəl qoymuş və əzadar etmişdir. Böyük Allah sizə əcr və səbir versin.

Biliniz, Allahın vədəsi düzdür ki, buyurub:

وَ لَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ

Ərəb xainləri bilsinlər ki, onların taleləri “Əhzab” müharibəsindəki yəhudilərinin taleyindən heç də yaxşı olmayacaqdır. O zaman Allah-Taala belə buyurmuşdur:

و اَنزَلَ الَّذين ظَاهَرُوهُم مِن اَهلِ الكِتَاب وَ مِن صَيَاصِيِهم ...

“Allah kitab əhlindən (Bəni-Qüreyrə kimi) onlara (kafirlərə) kömək edənləri, öz hasarlarından (qalalarından) endirdi...”

(“Əhzab” surəsi, ayə 26)

Xalqlar Qəzza xalqı və mücahidlərlədir. Hər dövlət bunun əksinə əməl etsə, özü ilə milləti arasında “fasilə”ni daha da dərinləşdirəcək və belə dövlətlərin taleyi də aydındır. Onlar öz yaşayışları və abır-həyalarının fikrindədirlərsə, Həzrət Əlinin (ə) sözünü xatırlamalıdırlar:

المَوتُ في حَياتِكُم مَقهورين وَ الحَياةُ في مَوتِكم قاهِرين

Sizə, Qəzza mübarizlərinə, bütün məzlum və müqavimət göstərənlərə salam deyirəm. İran İslam Respublikası sizə olunan köməklikləri öz mənəvi borcu bilir, gecə-gündüz sizə dualar edir və Allahdan sizin üçün səbir və kömək diləyir.

Allahın salamı, rəhməti və bərəkəti əməlisaleh bəndələrinə olsun!”

Seyid Əli Xamenei

18 Məhərrəm 1430

700 /