Ali Məqamlı Rəhbərin informasiya bloku

Ölkənin 20 illik inkişaf proqramının rəsmi sənədi əsasında:

Beşillik inkişaf proqramının əsas öhdəlikləri

İİR-nın Ali Mqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İİR-nın prezidenti cənab Əhmədi Nejada beşillik inkişaf proqramının əsas öhdəliklərini yazılı surətdə açıqlamışdır. Bu öhdəliklər ölkənin 20 illik inkişaf proqramının rəsmi sənədi, habelə ədalət tərəqqi prinsipi əsasında müəyyən edilmişdir. 45 bənddən ibarət olan bu öhdəliklər ölkənin mədəniyyət, təhsil, texnologiya, iqtisadiyyat, siyasət, milli təhlükəsizlik hərbi sahələrini əhatə etmişdir. Ali Məqamlı Rəhbər beşillik inkişaf proqramının əsas öhdəliklərini özündə əks etdirən sənədlə əlaqədar olaraq ölkə prezidenti ilə yanaşı İslam Şurası Məclisinin sədri, Məhkəmə Hakimiyyəti başçısı və Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilatın sədrinə  aşağıdakı məzmunda məktub göndərmişdir:

 

Mehriban və bağışlayan Allahın adı ilə!

İran İslam Respublikasının hörmətli prezidenti Əhmədi Nejad cənablarına salam ərz edirəm.

Ölkənin 20 illik inkişaf proqramının ikinci beşillik mərhələsinin başlanması, həmçinin nəzərinizə çatdırılan 45 bənddə müəyyən edilmiş əsas öhdəliklər, eləcə də dünyada baş verən dəyişiklikləri nəzərə alaraq qısa müddət ərzində ölkənin 20 illik inkişaf proqramının rəsmi sənədinə istinad edilərək beşillik inkişaf proqramının qanunlar məcmuəsi hazırlansın.

İndi isə İran İslam Respublikasının növbəti beşillik inkişaf proqramının qanunlar məcmuəsinin əsaslanacağı beşillik inkişaf proqramının əsas öhdəliklərini nəzərinizə çatdırıram. Ümidvaram ki, ədalət tərəqqi prinsipinə söykənən bu öhdəliklər istər qanunvericilikdə, istərsə qanunların icrasında əsas götürüləcəkdir. Həmçinin inanıram ki, hörmətli prezident, dövlət işçiləri, İslam Şurası Məclisi ölkənin digər səlahiyyətli orqanları bu xüsusda üzərlərinə düşən məsuliyyətləri lazımınca yerinə yetirəcəklər. Əminəm ki, ölkənin üç əsas hakimiyyət orqanı qarşıdakı beş ildə ədalət haqq çərçivəsində İslamın İslam İnqilabının dəyərlərini uca tutan bir cəmiyyətin tənzimlənməsi, hərtərəfli tərəqqisi ictimai ədalətin bərqərar olunmasını təmin edən İslami İranın inkişaf proqramının yaradılması istiqamətində ciddi addımlar atacaqdır.

Dini hövzələr, eləcə də ali təhsil ocaqları ədalət onun şaxələrinin bəyan olunmasında mühüm rol oynayırlar.

Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilat, Dövlətin Ali Divanı, dövlət işçiləri bu təşkilatlarla əməkdaşlıq edən mütəxəssislərə beşillik inkişaf proqramının öhdəliklərinin tənzimlənməsində çox dəyərli təklifləri ilə həmkarlıq göstərdiklərinə görə dərin minnətdarlığımı bildirirəm!

Beşillik inkişaf proqramının əsas öhdəliklərini özündə əks etdirən sənəd İslam Şurası Məclisi Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilata da göndərilir.

 

Seyid Əli Xamenei

 

 

İran İslam Respublikasının iqtisadi, ictimai mədəni sahələrini əhatə edən  beşillik inkişaf proqramı:

Mədəni sahədə əsas öhdəliklər:

1. Ölkədə mədəniyyətin təkmilləşdirilməsi istiqamətində önəmli planların icrası  üçün mədəni əlaqələrin yaradılması.

2. Həzrət imam Xomeyninin (r.ə) dini düşüncələrini siyasi baxışlarını əyani şəkildə yaşatmaq, bu təfəkkür tərzini bütün siyasi gediş proqramların hazırlanmasında əsas meyar kimi qabartmaq.

3. Qanunçuluq, ictimai tarazlıq, işdə vicdani münasibət, özünəinam, həmkarlıq əhval-ruhiyyəsi, yeni metodlar, düzgün işləmə, qənaət və israfdan uzaqlaşma, istehsal keyfiyyətinin yüksəlməsinin bərpası və gücləndirilməsi.

4. Dini hövzələrdə azğın cərəyanlara, mövhumat və xurafata qarşı mübarizə.

5. Dövlətin mədəni məqsədlərini reallaşdırmaq üçün mətbuat və informasiya vasitələrinin yeni texnologiyalarından maksimum səviyyədə bəhrələnmək.

6. 20 illik proqram üçün ümummilli və müştərək dərkin, eləcə də bu proqramın reallaşdırılmasına yönələn milli əzm və inamın yaranması.

– Elmi-texniki sahədə əsas öhdəliklər:

7. Aşağıda qeyd olunmuş sahələrdə ali təhsil və tədqiqat sisteminin yeniləşməsi:

7.1 beşillik proqramın sona çatmasına qədər tədqiqat və araşdırma büdcəsinə daxili qarışıq istehsalatın üç faizi qədər əlavə artım və ixtisas öyrəncilərinin təkmilləşdirmə mərhələsinə qəbulunun iyirmi faiz artırılması;

7.2 regionda ikinci elmi-texniki mərkəzin yaradılması və onun beşillik proqramda təsbiti;

7.3 ali təhsil və elmi tədqiqat mərkəzləri ilə sənaye və digər əlaqədar müəssisələr arasında bağlantılar qurmaq;

7.4 elmi-texniki istehsalatda iştirak etmək üçün qeyri-hökumət sektorunun gücləndirilməsi;

7.5 ehtiyac duyulan mütərəqqi texnoloji bazanın yaradılması.

8. Elm, bacarıq və tərbiyə sahəsində ölkə istedadlarının şəraitini yaxşılaşdırmaq, təhsil sistemində lazımi sahələrin keyfiyyətini yüksəltmək üçün yenilik, şagirdlərin fiziki və ruhi sağlamlığının təmini.

9. Aşağıda qeyd olunan proqramlar əsasında insanşünaslığa aid elmlərin yeniləşməsi və inkişafı:

9.1 bu elmlərin böyük əhəmiyyət kəsb etdiyini xüsusilə qabartmaq;

9.2 istedadlı və aktiv şəxslərin cəlb edilməsi;

9.3 təhsil proqramları, metodları və mətnlərinin islahı və yenidən baxılması;

9.4 tədqiqat mərkəzlərinin kəmiyyət və keyfiyyət baxımından inkişafı;

9.5 nəzəriyyəçilərə imkan yaratmaq, tənqid və azad düşüncəyə zəmin hazırlamaq.

10. Aşağıdakı proqramlar əsasında elm və texnika sahəsində istedadlı və yaradıcı qüvvələrə məqsədyönlü şəkildə maddi və mənəvi dəstəyin həyata keçirilməsi:

10.1 ictimai mövqeyin yaxşılaşdırılması;

10.2 elmi bacarıq imkanlarının genişləndirilməsi;

10.3 yeni araşdırmalar və təcrübələr üçün istifadə olunan büdcənin hədər yerə sərf olunması qorxusunun aradan qaldırılması;

10.4 biznes sahəsində əldə olunan yeni nailiyyətlərin ticarətinin təmini.

11. ölkənin hərtərəfli elmi xəritəsinin təkmili və icrası.

– İctimai sahədə əsas öhdəliklər:

12. Ailə təməlinin möhkəmləndirilməsi, qadının həm ailədə, həm də ictimai səhnədə mövqeyinin gücləndirilməsi, bütün sahələrdə öz dini və qanuni hüququndan istifadə edə bilməsinin təmini, qadınların qurucu roluna xüsusi diqqətin yetirilməsi.

13. Gənclərdə İslam İnqilabının amalları ilə münasib olan milli mənlik dərkinin gücləndirilməsi, gənclərin fikri və elmi cəhətdən kamillik mühitinin yaradılması, onların iş tapmaq, evlənmək və ictimai təhlükələr baxımından narahatlığına son qoymaq istiqamətində çalışmaq, eləcə də gənclik dövrünə xas ehtiyac və bacarıq imkanlarını təmin etmək.

14. Aşağıdakı formada idarəçilik və məhkəmə sistemində islahatların aparılması:

14.1 fəaliyyətin və yararlı işin artırılması;

14.2 əhaliyə göstərilən xidmətin yaxşılaşdırılması;

14.3 işçilərin şəxsiyyətinin və dolanışığının təmini;

14.4 ləyaqətli, etibarlı müdir və hakimlərin işə götürülməsi və işlə təmini;

14.5 əlavə müdiriyyətlərin ləğvi və ya birləşdirilməsi;

14.6 idarə və icra mərkəzlərində inhisar və mərkəzləşmənin ləğvinə təkidlə çalışmaq;

14.7 idarə sistemində fəsadın qarşısını almaq üçün mübarizə və lazımi qanunların tənzimlənməsi.

15. Kənd və şəhərlərin abadlaşdırılması, İran İslam memarlıq abidələrinin təmiri və yeniləşməsi, tikililərin qorunması üçün müasir və yeni metodlardan istifadə və tikililərin möhkəmləndirilməsi.

16. Təftiş və nəzarət sistemini effektivləşdirmək və gücləndirmək, bu orqanlara müdaxilə hallarının qarşısını almaq üçün əlaqədar qanunlara və cəzalara yenidən baxılması.

17. Maddi imkanların yaradılmasında İslam İnqilabı fədailərinə xüsusi yer vermək, onları müxtəlif iqtisadi və mədəni sahələrdə, dövlət vəzifələrində və digər məqamlarda önə çəkmək.

18. İdmanın geniş yayılması üçün imkan yaratmaq, səyahətlər, xüsusilə ziyarət səfərlərinə xüsusi diqqət yetirmək.

19. Aşağıdakı proqramlar əsasında sağlam insan və sağlam ictimai mühitin yaradılmasına çalışmaq:

19.1 planlaşdırma, dəyərləndirmə, ümumi mənbələrin nəzarət və xüsusiləşdirilməsi sahəsində birlik;

19.2 ekologiya, qida, ətraf mühit, cismi və ruhi baxımdan sağlamlığın təmini;

19.3 sağlamlıq üçün təhlükə törədən amillərin azaldılması;

19.4 qidaların tərkibini yaxşılaşdırmaqla ictimai qidalanmanın sağlamlaşdırılması;

19.5 sağlamlıq sığortalarının kəmiyyət və keyfiyyət baxımından genişləndirilməsi, əhalinin sığorta xərclərinin beşillik inkişaf proqramının sonuna qədər otuz faizə qədər azaldılması.

20. İctimai əmin-amanlığın gücləndirilməsi:

20.1 narkotik maddələrə qarşı hərtərəfli mübarizə və bu istiqamətdə əsaslı proqramların hazırlanması;

20.2 ucqar məntəqələrin və sərhəd bölgələrinin nizam-intizamı, bu məntəqələrdə yaranan problemlərin həlli;

20.3 mədəni və ictimai azğınlıqla mübarizə aparmaq üçün mədəniyyət, təhsil və informasiya vasitələrindən səmərəli istifadə.

 

 

       İqtisadi sahədə əsas öhdəliklər

a) İnkişaf proqramının iqtisadi sahəsində aşağıdakılar nəzərə almalı:

21. Sürətli və davamlı iqtisadi inkişafı gerçəkləşdirmək və illik istehsalın inkişaf qiymətinin səkkiz faizinə çatdırmaq. Bunun üçün isə aşağıdakı formada iş aparılmalıdır:

21.1 büdcəni nəzərə alaraq investisiya qoyulması – büdcədən daxili istehsalın ən azı qırx faizi miqdarında azalması qədər sərmayə üçün istifadə olunması, xarici sərmayələrin cəlb edilməsi;

21.2 iqtisadi inkişaf proqramının sonunda büdcə gəlirlərini mövcud büdcənin üçdə bir hissəsi qədər çoxaltmaq;

21.3 iqtisadi mühitin möhkəmləndirilməsi, günün tələbinə uyğun olaraq rabitə, informasiya, hüquq, bilik və ixtiralar üçün bazarlar hazırlamaq, iqtisadi iflası azaltmaq, cəmiyyətə davamlı, şəffaf və müntəzəm formada lazımi məlumatları təqdim etməklə ölkədə məşğulluq mühitini yaxşılaşdırmaq;

21.4 milli standart sistemini gücləndirmək və genişləndirmək.

22. Neft və qaza, habelə onlardan əldə olunan gəlirlərə ümumi büdcənin təminedici mənbəyi kimi baxmağa son qoyulmalıdır. Artıq bu sektora iqtisadi inkişaf bazası kimi baxılmalıdır. Milli inkişaf büdcəsi yaradılmalı və bu plan beşillik inkişaf proqramının birinci ilində İslami Şura Məclisində nizamnamə formasında qəbul edilməlidir. Neft və qazın nisbi imtiyazını nəzərə alaraq bu sektordan sənaye, texniki avadanlıq və onlarla bağlı olan digər sahələrdə istifadə etmək üçün proqram hazırlanmalıdır. Lakin bununla yanaşı aşağıdakı qeydlərə də riayət olunmalıdır:

22.1 neft, qaz və neftdən hasil olan istehsalat gəlirlərinin hər il azı iyirmi faizinin milli inkişaf büdcəsinə köçürülməsi;

22.2 ölkənin daxili və xarici iqtisadiyyatında rəqabət şərtləri və münasib iqtisadi nəticələri nəzərə alaraq istehsal və investisiya qoyuluşuna yardım məqsədi ilə milli inkişaf büdcəsindən qeyri-hökumət sektoru olan xüsusi, ümumi və şirkətlər qrupuna köçürmələrinin reallaşdırılması;

22.3  proqramın sonuna qədər dövlətin cari büdcələrinin neft və qaz gəlirlərindən asılı olmamasını təmin etmək.

23. Bank işlərinə aid qanunların kamil və müasir tələblərə uyğun şəkildə icrası ilə yanaşı bank sistemində islahatların aparılması, faizsiz əməliyyatların təmini, «qərzul-həsənə» sistemlərinin bərpası, mikrokreditlərin və böyük sərmayələr üçün lazımi kreditlərin təmini.

24. Əmtəə (sərmayə, pul, sığorta və s.) bazarlarının effektivlik, şəffaflıq və zərərsizliyi əsas götürməklə keyfiyyət və kəmiyyət baxımından yüksəldilməsi.

25. Aşağıdakı məsələləri əsas götürərək konstitusiyanın 44-cü maddəsindən, habelə bu maddənin hər bəndindən irəli gələn öhdəliklərindən doğan ümumi proqramların həyata keçirilməsi:

25.1 rəqabət bazarlarının formalaşmasını təmin etmək;

25.2 siyasi proqramlar, istiqamətləndirmə və nəzarət kimi hökumət vəzifələrinin icrası üçün lazımi sistemin yaradılması;

25.3 qeyri-mütəşəkkil (ailə-podrat) fəaliyyətlərin mərkəzləşmiş hüquqi təşkilatlara çevrilməsi üçün təşviqat kompaniyalarının tənzimlənməsi;

25.4 tibbi sığorta xidməti sahəsində rəqabət bazarının təşkili.

26. Suyun iqtisadi, siyasi, ekoloji və təhlükəsizlik baxımından əhəmiyyətinə, eləcə də istehsal sürətinin artırılmasına, saxlanılmasına və istifadəsinə diqqət yetirmək, müştərək sulardan maksimum istifadə və ölkədən xaric olan suların mümkün qədər anbarlaşdırılması.

27. Konstitusiyanın 44-cü maddəsinin əsas prinsiplərini nəzərə alaraq qonşu ölkələrlə müştərək olan neft, qaz və başqa mədənlərin istehsalına sərmayə qoyuluşu.

28. Strateji büdcə ehtiyatlarının qorunması. Belə ki, müəyyən edilmiş müddətdə ölkənin əsas tələbatlarının  təmininə qəti əminlik yaransın (milli təhlükəsizlik üzrə Ali Şuranın qərarına əsasən).

29. İxracat, xüsusilə yüksək ixtisas xidməti sahəsində olan ixracat vüsətinin artırılması. Belə ki, neft gəliri olmadan biznes sahəsində büdcə kəsrləri azalsın və xidmət sahəsində tarazlıq yaransın.

30. Cənub-qərbi Asiya regionunda yerləşən ölkələrlə biznes, investisiya və texnika sahələri üzrə hərtərəfli əlaqələrin genişləndirilməsi.

31. Təhsil, səhiyyə və məşğulluq sahələrində inkişaf məqsədlərinin tənasübü və yüksəlişi. Belə ki, bu sahələr beşillik inkişaf proqramının sonunda humanitar inkişaf baxımından yüksək səviyyəli ölkələrin göstəricisi ilə bərabər olsun.

32. Dövlətin büdcə sistemini əməliyyat büdcə sisteminə dəyişmək.

33. Şəffaflığı və nəzarətin mümkünlüyünü nəzərə almaqla beşillik inkişaf proqramı ilə illik büdcə xərcləri arasında keyfiyyət və kəmiyyət əlaqəsini yaratmaq.

b) Aşağıdakıları əsas tutaraq ictimai ədalətin vüsətini təmin etmək:

34. Aşağıdakı əsaslara diqqət yetirməklə müxtəlif təbəqələrin gəlirləri arasında mövcud olan fərqlərin azaldılması, azgəlirli təbəqələrin yoxsulluğunun aradan qaldırılması və ictimai ədalət prinsipləri əsasında iqtisadi inkişafla bağlı bütün fəaliyyətlərin tənzimlənməsi:

34.1 maliyyə siyasəti, məqsədyönlü yardımlar və sığorta proqramları vasitəsilə əsassız mənfəət bərabərsizliyinin aradan qaldırılması;

34.2 azgəlirli ailələr üçün informasiya bazasının təkmili və daimiləşdirilməsi;

34.3 aşkar yardımların istiqamətləndirilməsi və məxfi yardımların tədrici istiqamət­ləndiril­məsinin icrası;

34.4 vətəndaşların iqtisadi informasiya ilə təmini.

35. Aşağıdakı əsaslara diqqət yetirməklə ötən illərdə yaranan geriləmənin aradan qaldırılması:

35.1 fermer təsərrüfatı haqqında inkişaf proqramlarının işlənməsi, əkinçiliyin inkişafı, yeni texniki avadanlığın təmini və kənd təsərrüfatı məhsullarının tarifində islahatlar aparılması yolu ilə kəndli və əkinçilərin gəlir, eləcə də yaşayış səviyyəsinin yüksəldilməsi;

35.2 sərhəd rayonlarında, cənub sahillərində və adalarda ölkədənxaric biznes imkanlarından səmərəli istifadə etməklə iqtisadi fəaliyyətlərin genişləndirilməsi;

35.3 cəmiyyətin yüksək və aztəminatlı ailələrinin gəlirləri arasında olan fərqlərin azaldılması. Belə ki, beşillik inkişaf proqramının sonuna qədər gəlirlərin təmərküzləşmə göstəricisi (GİNİ COEFFİCİENT) üzrə ən çoxu otuz beş faizə çatsın;

35.4 ölkədə işsizlik səviyyəsinin yeddi faizə qədər endirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi;

35.5 kütləvi və effektiv sığortanın təmini, ictimai təminatın, habelə tibbi sığorta xidmətləri sisteminin keyfiyyət və kəmiyyət baxımından inkişafı;

35.6 fərdi və ictimai təhlükələrdən qorunmaq məqsədilə profilaktik tədbirlər sisteminin gücləndirilməsi;

35.7 imkansız təbəqələrin və başsız ailələrin himayəsi;

35.8 cəmiyyətin orta və azgəlirli təbəqəsini gücləndirmək məqsədi ilə kooperativ sektorun inkişaf proqramının hazırlanması. Belə ki, beşillik inkişaf proqramının sonuna qədər kooperativ sektorun səhmi iyirmi beş faizə çatsın.

Siyasi müdafiə təhlükəsizliklə bağlı öhdəliklər

36. Xalqın siyasi, ictimai, iqtisadi mədəni sahələrdə fəal iştirakını, müdaxiləsini təmin etmək gücləndirmək.

37. Siyasi cərəyanları İslami-inqilabi dəyərlər, milli maraqların müdafiəsi, düşmənə qarşı mübarizə, qanuna tabelik əxlaq normaları istiqamətinə yönəltmək.

700 /