Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xameneinin iştirakı ilə:

Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseyn (ə)-ın əzadarlıq mərasimi

Aşura axşamı İmam Xomeyni (r.ə) adına hüseyniyyədə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə imam Hüseyn (ə) və onun vəfalı dostları üçün əzadarlıq mərasimi keçirildi.

Xalqın müxtəlif təbəqələrindən olan minlərlə əzadar insanın və bir çox məsul işçilərin də iştirak etdiyi bu mərasimdə xətiblər və Əhli-beyt (ə) məddahları imam Hüseyn (ə) hərəkatının və Aşura qiyamının müxtəlif çalarlarını şərh etməklə yanaşı, mərsiyə və növhələr oxudular. Məhərrəm ayının 7-si bazar günündən etibarən başlanan bu mərasim məhərrəm ayının 11-i cümə axşamı gününə qədər davam edəcək.

700 /