Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Ali Dini Rəhbəri:

Amerikanın heç bir vədinə etibar etmək olmaz!

İslam İnqilabının Rəhbəri bu gün səhər İraq Respublikasının baş naziri ilə görüşdə təkidlə vurğuladı: “Ölkədaxili müxtəlif məzhəb və millətlərlə əlaqələrin genişləndirilməsi, xalqa olan dərin inam və etibar, qonşu ölkələrlə qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi – bütün bunlar İraq dövlətçiliyinin qüdrəti və əbədiliyi üçün zəruri olan həqiqi amillərdir. İraq hökuməti öz məqsədlərinə çatmaq üçün bu amillərə dayaq nöqtəsi kimi baxmalı, eyni zamanda İraq xalqının dini etiqadını, cəsarət qürurunu özü üçün böyük bir sərmayə hesab etməlidir”.

Sonra o, İranın İraq dövlətinə və onun baş nazirinə olan etimadını, eləcə də İraq xalqına bəslədiyi dərin məhəbbətini xüsusi vurğulayaraq əlavə etdi: “Bizim məqsədimiz İraqın izzəti, müstəqilliyi, əmin-amanlığı tərəqqisidir. Biz bu istiqamətdə gərəkli olan hər bir addımı atmağa hazırıq”.

Həzrət Ayətullah Xamenei Amerika və Britaniya qüvvələrinin İraqda yerləşməsini ölkənin müxtəlif problemlərinin, xüsusilə terrorizm və iğtişaşın əsas amili hesab edərək dedi: “Amerikalılar İraqdan çıxmayınca İraq xalqı xoş gün görməyəcək”.

İran İnqilabının Rəhbəri müxtəlif ölkələrə nüfuz etmək və onları müstəmləkəyə çevirərək yeraltı sərvətlərini qarət etmək üçün Amerika dövlətinin hiyləgər planlarına işarə ilə İraq və Amerika hökumətləri arasında olan razılaşmadan narahat olduğunu bildirdi: “Amerikalılar çox hiyləgər və etibarsızdırlar. Hətta regiondakı ən yaxın müttəfiqləri ilə belə həqiqi və səmimi dostluq etmirlər. Buna görə də Amerikanın heç bir vədinə etibar etmək olmaz və heç vaxt da etibar olunmamalıdır”.

O, yalnız ağıllı tədbirləri və dözümlü addımları Amerika və ingilis dövlətlərinin anlaşılmaz hiylə və planlarına qarşı yeganə mübarizə yolu kimi dəyərləndirərək əlavə etdi: “İraq xalqını inandırmaq lazımdır ki, İraq dövləti düşmənin hədə-qorxularına rəğmən milli mənafeyindən və şəxsi maraqlarını qorumaq mövqeyindən heç vəchlə geri çəkilməyəcək”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Amerika dövlətinin ən əsas məqsədi regionda uzunmüddətli hakimiyyət sürmək üçün möhkəm bir dayaq nöqtəsi yaratmaqdır.

Prezidentin birinci müavini cənab Davudinin də iştirak etdiyi bugünkü görüşün əvvəlində İraq Respublikasının baş naziri cənab Nuri Əl-Maliki İslam İnqilabının Rəhbəri ilə apardığı danışıqları İraq xalqı üçün böyük xeyir və bərəkət amili kimi dəyərləndirdi. Sonra o, iki ölkənin dostluq və qardaşlıq əlaqələrinin getdikcə daha da gücləndiyini bildirərək dedi: “Bu əlaqələrin, xüsusilə iqtisadi və siyasi sahələrdə genişlənməsi regionun hərtərəfli inkişaf və tərəqqisi üçün gözəl nümunə ola bilər”.

700 /