İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran Universitetinin rektoruna və vəliyyi-fəqihin Tehran Universitetindəki nümayəndəliyinin rəhbərinə yazdığı məktubda müqəddəs hərbi müdafiə şəhidləri olan beş naməlum döyüşçünün universitet ərazisində dəfn olunması ilə bağlı aşağıdakıları yazmışdır:
Allahın adı ilə!
Bu ağıllı təşəbbüsə görə sizə təşəkkür edirəm. Sizin bu hərəkətiniz öz canlarını ülvi amallara fəda etmiş və İlahi rizayəti dəyərsiz maddi arzulardan üstün tutmuş əziz İran xalqının şəhidlərinə göstərilmiş böyük bir ehtiramdır. Allahın salamı olsun onlara!
Seyid Əli Xamenei