İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ümumi və inqilab məhkəmələri, hərbi tribunallar və inzibati orqanlar tərəfindən mühakimə olunmuş 1874 nəfər məhkumun əfv olunması və cəzasının yüngülləşdirilməsi haqqında çıxarılan qərarla razılaşdığını bildirdi.
Mübarək Qədir-Xum bayramı münasibətilə yazdığı məktubunda Ali məhkəmənin sədri Ayətullah Haşimi Şahrudinin işləri əfv komissiyası tərəfindən araşdırılmış və əfv olunmaq üçün lazımi şəraitə malik olan 1874 nəfər məhkumun əfvi, cəzasının yüngülləşdirilməsi və ya dəyişdirilməsi ilə bağlı irəli sürdüyü təklif İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən qəbul edildi.