İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Hərbi Dəniz Qüvvələrinin ordu müavini və komandiri ilə görüşündə işğalçı qüvvələrin təzyiqinə baxmayaraq İranın inkişaf yolunda qazandığı dəyərli təcrübələrə işarə edərək dedi: “Bu ölkə Allaha təvəkkül edərək var-qüvvəsi ilə bütün imkanlarından istifadə etməklə artıq bu gün elə bir qüdrətli məntəqəyə çevrilmişdir ki, hətta düşmənlər belə bu həqiqəti etiraf edirlər”.
Həzrət Ayətullah Xamenei Hərbi Dəniz Qüvvələri ordusunun istedad və bacarığına, xüsusilə də “Yeddi Azər” hadisəsində göstərdiyi fədakarlıqlara işarə edərək belə dedi: “Allahla ünsiyyət və mənəviyyat həlletmə və qəraragəlmə bacarığını daha da artırır. Bu, İlahi vəd və Allahın köməyidir”.
Həzrət Ayətullah Xamenei bu ordunun İran dövlətinə və İslam dininə məxsus olduğunu xatırladaraq bildirdi: “İnqilab ruhiyyəsi və ordunun yüksək imkanları lazım olan anda öz gücünü mütləq göstərəcək, necə ki, İraq müharibəsində göstərdi".
İslam İnqilabının Rəhbəri Hərbi Dəniz Qüvvələrinin mənəviyyatla yanaşı olan texniki, təchizat və əməliyyat bacarığına da xüsusi işarə edərək dedi: “Bu gün gənc və bacarıqlı daxili kadrlar mövcud olan məhdudiyyət və qadağalara baxmayaraq Hərbi Dəniz Qüvvələri üçün ən yüksək imkanlarını yaratmağa və ehtiyac duyulduqda onları təmir etməyə müvəffəq olmuşdur”.
Görüşdə dəniz donanması ordusunun kontr-admiral başçısı (Hərbi Dəniz Qüvvələrinin birinci admiralı) bu ordunun döyüş qüvvəsi və müdafiə qüdrəti barədə hesabat verdi.