Ali Məqamlı Rəhbərin informasiya bloku

Dünya problemlərinin həllində

Hər bir səy və hərəkətdə ədalətsevərlik və zülmlə mübarizə

İslam İnqilabının bir neçə beynəlxalq siyasi və dini şəxsiyyətin o həzrətlə görüşündə dialoq və əməkdaşlığı məsələlərin aradan qaldırılması və anlaşma üçün zəruri və təsirli amil adlandırıblar. İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei çərşənbə axşamı günü bu görüşdə vurğulayıblar: Müharibə, aclıq və insanların hüquqlarını pozma kimi dünyanın hazırkı acı həqiqətləri qüdrətpərəstlik və tamahkarlıq amillərində köklərə malikdirlər. Buna görə də, dünya problemlərinin həlli üçün “hər bir səy və hərəkətdə ədalətsevərlik və zülmlə mübarizə” şüarı əsas meyar kimi qərar vermək lazımdır.

Ayətullah Xamenei ədalətsizlik və zülmü, bəşəriyyətin kədərləndirici problemlərinin tarixi kökü adlandırıblar və İraq, Əfqanıstan və Fələstin xalqlarının dəhşətli şəkildə qırğın edilmələrinə işarə edərək əlavə ediblər: Görəsən bu kədərləndirici faciələr yanlış anlaşma və qarşılıqlı dərkin olmamasından mənşə alır, yoxsa hegemonçuluq və ədalətsizlik kimi məsələlərdə köklərə malikdir?

İslam İnqilabının Rəhbəri qərbin dünyanın müxtəlif məntəqələrinə qarşı sərt müstəmləkəçiliyi, müsəlmanlar və başqa xalqlarla təhqiredici davranışları kimi tarixi amilləri mövcud problemlərin başqa səbəbləri kimi sadalayıblar və qeyd edilən hərəkətlərin əvəzinin çıxılmasına işarə edərək əlavə ediblər: Biz qərbin hazırkı nəslini keçmiş nəslin işlərinə görə təqsirli bilmirik. Amma qərb qüdrətlərinin hazırkı məsul şəxsləri də keçmişdəki kimi dünyaya yiyələnmək və xalqların hüquqlarını pozmaq ardıncadırlar.
 
Ayətullah Xamenei bəşəriyyət xeyirxahlarına və dünya problemlərinin həlli üçün səy göstərən şəxsiyyətlərə təklif ediblər ki, dünyanın hər bir yerində olan zülm və ədalətsizliyi tam aydın və açıq şəkildə pisləyib, zalımın qeyri-zalımdan ayırd edilməsi üzrə çətin işi tam ciddiliklə izləsinlər.

Ali Məqamlı Rəhbər Fələstin xalqı haqdakı zülm və cinayətə işarə edərək, əlavə ediblər: Dünya problemlərinin həlli üçün dua və nəsihət yaxşıdır. Amma ədalətsevərlik və zülmlə qarşılaşma olmadan heç bir nəsihət və hərəkət təsiredici olmayacaq. Buna görə də, dünyanın müxtəlif ölkələrində təsir edənlər və beynəlxalq ictimaiyyət Fələstin və İraqdakı aşkar zülmlə mübarizə etməlidirlər.

Həzrət Ayətullah Xamenei zülmlə mübarizəni ədalətli sülhə yiyələnmək üçün düzgün və təsirli yol bilərək vurğulayıblar: Ədalətsiz sülh davam etməyəcək və lazımdır ki, sülh şüarını himayə etməklə yanaşı ədalətsevərlik şüarı və zülmlə mübarizə tam ciddiliklə ortaya atılıb, izlənilsin.

700 /