Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Namaz, İslami cəmiyyətdə aşkar formada olmalıdır

Həzrət Ayətullah Xamenei buyurublar: İslami nişanələr xüsusi ilə də, namaz islami cəmiyyətdə aşkar formada olmalı və hər yerdə ona riayət edilməlidir. İslam İnqilabının  Rəhbəri çərşənbə günü 17-ci Namaz iclasında iştirak edənlər ilə görüşdə namazın düzgün formada qılınmasını və namazın ruhuna diqqətin göstərilməsini insanların və cəmiyyətlərin islah edilməsində mühüm amillərdən adlandırıblar. O Həzrət vaciblərə əməl etməyi və haramlardan çəkinməyi insanın səadətini təmin edən amillərdən adlandırıb və əlavə ediblər: Bu amillər arasında ən mühüm olanı namazdır. Namaz insanın üsyankar nəfsini cilovlayır.

İslam İnqilabının Rəhbəri insanın səadəti və həlakətini onun öz nəfsi ilə necə rəftar etməsində bilib və təkid ediblər: Əgər bu nəfs Allahı zikr etmək yolu ilə idarə olunarsa, insan kamilliyin zirvəsinə çatar. Yox, əgər nəfs azad buraxılarsa, onun nəticəsi zülm, pozğunluq, yoxsulluq və zorakılıq olar.

Həzrət Ayətullah Xamenei nəfsin nəzarət altında saxlanılmasının daim ilahi zikr ilə mümkün olmasına işarə edərək vurğulayıblar: Namaz qılmaq və pərvərdigarı yada salmaq insanın günahlardan uzaq olmasına səbəb olur. Elə buna görə də, namaz gündə bir neçə dəfə qılınır.

O Həzrət cəmiyyətdə düzgün namazın yayılmasını insanların fərdi və daxili sakitliyinin amili adlandırıb və təkid ediblər: Düzgün namaz cismi və ruhu düzgün olan namazdır.
İslam İnqilabının Rəhbəri ruhsuz namazı az təsirli adlandırıb və vurğulayıblar: Namazın forması həqiqətdə onun ruhu ilə uyğunlaşdırılır. Buna görə də, gənclər arasında namazın təbliğ edilməsində diqqət göstərilməlidir ki, namaz tam düzgün formada onların diqqətinə çatdırılsın.

Həzrət Ayətullah Xamenei namazın gənclərin qəlbində gələcəyə ümid hissi yaratmasına işarə edərək, artırıblar: Əgər insan gənc yaşlarından düzgün formada namaz qılmağa başlayarsa, sonrakı illərdə namaz ürək arxayınlığı ilə davam edəcək.
 
O Həzrət habelə ictimai məkanlarda namaz qılmaq üçün məscidlərin az olmasına işarə edərək, deyiblər: Hər bir iri mühəndislik işi bir məscidə malik olmalıdır və dövlət də bu məsələni ciddi formada izləməlidir.

İslam İnqilabının Rəhbəri metro stansiyalarında, avtobus terminallarında, hava limanlarında və iri qəsəbələrdə məscidlərin nəzərdə tutulmasına təkid edərək, söyləyiblər: Daxili və xarici uçuşların zamanı da elə təyin edilməlidir ki, namaz qılmaq üçün lazımi zaman olsun.

Həzrət Ayətullah Xamenei əlavə ediblər: Təyyarələrin daxilində də namaz qılmaq üçün xüsusi məkan nəzərdə tutulmalıdır.

O Həzrət bu məsələlərə riayətin edilməsini namaza olan diqqətin nişanəsi adlandırıb və vurğulayıblar: Xüsusi ilə böyük şəhərlərdə, o sıradan Tehranda məscidlər abad olmalı və namaz vaxtı onlarda camaat namazı qılınmalıdır. Namaz vaxtı şəhərlərdən azan səsi yüksəlməlidir.

O Həzrət buyurublar: Şəhər və qəsəbələrin salınmasında əhalinin sayına uyğun olaraq, məscidlər nəzərdə tutulmalıdır və məscidlərin alınmadığı layihələrə icra icazəsi verilməməlidir.

İslam İnqilabının Rəhbəri sözlərinin sonunda buyurublar ki, islami nişanələr cəmiyyətdə xüsusi ilə də mühəndislik və tikinti işlərində qabarıq formada müşahidə olunmalıdır.

Bu görüşün əvvəlində Həzrət Ayətullah Xameneinin imaməti ilə zöhr və əsr namazları qılınıb.

700 /