Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri:

Həcc, müsəlmanların birləşməsi üçün ən yaxşı fürsətdir

İslam İnqilabının Rəhbəri həcci islami birliyin daha artıq təzahürü məqsədi ilə islami ümmət üçün qənimətli fürsət adlandırıblar. Həzrət Ayətullah Xamenei bu gün həcc sahəsində icra və mədəniyyət üzrə məsul şəxslərin o həzrətlə görüşündə bu fərziyyəni hacılar, böyük islam ümməti və İİR quruluşu üçün böyük fürsət adlandıraraq vurğulayıblar: Həcc müsəlmanlar arasında təbii və süni fərqlərə qalib gəlmək və islam dünyasında ürəklər, niyyətlər və əzmkarlıqların eyniləşməsi üçün ən yaxşı fürsətdir.

O Həzrət artırıblar: İslami ümmətlər, etniklər, irqlər, mədəniyyətlər və zövqlərin çoxluğu üzündən daim qəbul etdirilən fərq və ayrılıqların kənarında bəzi təbii ayrılıqlara məruz qalır. Buna görə, həcc bu ayrılıqlara məlhəm qoymaq üçün müsəlmanlar üçün ən böyük fürsətdir.

İslam İnqilabının Rəhbəri islami birlik çağırışının islam dünyasına hakim kəsilməsinin səmərələrini son dərəcə böyük adlandıraraq vurğulayıblar: Hamı ayıq-sayıq olmalıdır ki, bu birlik fürsətindən ixtilaf və təfriqə üçün zəmin yaranmasın.
 
Həzrət Ayətullah Xamenei İİR quruluşunu qüdrətli, lakin məzlum adlandıraraq əlavə ediblər: Bu məzlumluq İİR-na qarşı müxtəlif ittihamlar , firqəvi, fikri, siyasi, və icra mahiyyətli yalanlar üzündəndir ki, həcc günlərində islami quruluşun maarifi və onun gerçəklikləri müsəlmanlara bəyan edilməlidir.

İslam İnqilabının Rəhbəri şiələrlə sünnilərin İİR quruluşunda bir-birlərinin kənarında olmaları, habelə Quran ilə İslami şəriətin İrandakı hakimiyyətinə işarə edərək vurğulayıblar: İslami ölkələrdə və hətta müsəlmanların iştirak etdikləri dünyanın müxtəlif məntəqələrindəki müsəlmanların əksər hissəsinin ürəyi İİR-na, İmam Xomeyniyə (r.ə) və böyük İran xalqına məhəbbətlə aşıb-daşır. Lakin düşmənlər bu quruluşu, müxtəlif islami məzhəblərlə düşmənçilikdə ittihamlandırmağa çalışırlar ki, bu təhriflər müsəlmanlara bəyan olunmalıdır.

Həzrət Ayətullah Xamenei dünya müsəlmanlarının Amerika xüsusiyyət təşkil etməklə imperializmin düşmənçilikləri və müdaxilələrinə narazılıq və nifrət etmələrinə toxunaraq belə qeyd ediblər: Bir çox müsəlmanlar müxtəlif dillərə görə, bu narazılıqları açıq şəkildə söyləməkdən məhrumdurlar. Amma İİR əslində müsəlmanların ürək sözlərini uca səslə çatdıran böyük, azad və beynəlxalq bir minbərdir. Amerikanın bu quruluşla düşmənçiliyinin səbəbi də elə budur.

700 /