İslam İnqilabının Ali Rəhbəri bu gün günorta saatlarında yeni il münasibətilə Silahlı Qüvvələrin məsul şəxsləri və komandirlərindən bir qrupu ilə görüşdə qeyd etdi ki, Silahlı Qüvvələr ölkənin qalası və xalqın hər bir təcavüzkar amil qarşısındakı sığınacağıdır. O, bu milli vəzifəni yerinə yetirmək üçün maksimum hazırlığın dayanmadan gücləndirilməsi, sərt və yumşaq güc proqram təminatı nəzarətlərinin artırılmasının vacibliyini vurğulayaraq dedi: "Ölkənin nailiyyətləri İranın bədxah düşmənlərinin qəzəblənməsinə və narahatlığına səbəb olub. Əlbəttə, iqtisadi məsələlər kimi bəzi sahələrdə zəifliklər mövcuddur. Bu problemlərin aradan qaldırılması üçün, şübhəsiz ki, çalışmaq lazımdır”.
Həzrət Ayətullah Xamenei bu görüşdə Silahlı Qüvvələrin sərt güc proqram təminatı hazırlığını onların silahlanma gücünün artırılması, təşkilati, struktur və sosial-maddi rifah baxımından inkişaf etdirilməsi kimi izah edərək dedi: "Sərt güc proqram təminatı hazırlığı ilə yanaşı, yumşaq güc proqram təminatı hazırlığı, yəni öz məqsədinə və missiyasına iman, qət edilən yolun haqq olduğuna inam çox mühümdür. Bu inamı zədələmək üçün düşməncəsinə fəaliyyətlər göstərilir".
O, İslam dövlətinin müstəqil və islami mövcudluğunun ona qarşı düşmənçiliklərin meydana gəlməsinin əsas səbəbi olduğunu dedi: "Düşməni narahat edən şey İslam Respublikasının adı deyil. Bir ölkənin müsəlman, müstəqil və şəxsiyyətli olmaq istəməsi, öz izzət və şərəfi üçün başqasına arxalanmamaq iradəsi onların qəzəbinə səbəb olur".
İnqilabın Rəhbəri dünya hegemonlarının özlərinin ən güclü və faciəvi silahlarla təchiz olunmalarının qanuni, amma başqalarının müdafiə sahəsindəki inkişafının qeyri-qanuni hesab edilməsi istiqamətində nümayiş etdirdikləri ikili standartardan bir nümunəyə işarə edərək dedi: "Əminlik, iman, iradə, cəsarət və Allaha təvəkkül Silahlı Qüvvələrdə maksimum səviyyədə mövcud olmalıdır. Çünki tarix boyu bu xüsusiyyətlərdən məhrum olmuş təmtəraqlı ordular məğlubiyyətə uğramışlar".
O, əhali səviyyəsində yumşaq güc proqram təminatı hazırlıqlarının qorunması və inkişaf etdirilməsinin müxtəlif sahələr, o cümlədən tele-radio və təbliğat qurumlarının səylərinə ehtiyaclı olduğunu bildirdi: "Xoşbəxtlikdən, bu gün ölkəmiz təkcə sərt güc proqram təminatı hazırlıqları baxımından deyil, yumşaq güc proqram təminatı hazırlıqları baxımından da keçmişlə müqayisədə çox-çox irəlidədir. Yüzlərlə, minlərlə mömin və yüksək motivasiyalı gəncin mübarizə tələb edən sahələrdə fəaliyyət göstərmək üçün sözlə ifadə olunmayacaq dərəcədə göstərdiyi istək bunun bariz nümunəsidir".
Həzrət Ayətullah Xamenei vurğuladı ki, bədxahların qəzəblənməsi və media hay-küylərinin səbəbi İranın günbəgün artmaqda olan nailiyyətləridir: "Onlar öz arzularını xəbər və reallıq kimi təqdim edirlər. Bu cür təlqinlərə və təbliğatlara qarşı proqramlar işlənib hazırlanmalı və mübarizə aparılmalıdır".
O, vurğuladı ki, İslam Respublikası yaxşı hərəkət və inkişaf tempinə malikdir: “Əlbəttə, bəzi hiss olunan iqtisadi çətinliklər də mövcuddur ki, onları həll etmək lazımdır. Amma məsələləri bir-birinə qarışdırıb, hətta düşmənlərin belə tərifləməsinə səbəb olan heyrətamiz nailiyyətləri görməzdən gəlmək olmaz".
İnqilabın Rəhbəri Silahlı Qüvvələrin bütün üzvlərini və onların ailələrini yeni il münasibətilə təbrik edərək, üzərlərinə düşən vəzifələri yerinə yetirməkdə onların yanında yer alan həyat yoldşaları və ailələrinə təşəkkür etdi.
Görüşün əvvəlində Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri 1403-cü ildə (2024-2025) İranda və bölgədə baş vermiş hadisələrə toxunaraq dünya əhalisinin Fələstin məsələsindəki oyanışı, Qəzza və Livan xalqlarının sionist rejimin cinayətlərinə qarşı göstərdiyi tarixi müqavimətin zülmlə mübarizədə qürurverici zirvələr olduğunu dedi və müqavimət hərəkatının şəhid komandirləri və mücahidlərinin xatirəsini hörmətlə andı.
General Baqeri qeyd etdi ki, müdafiə və çəkindirmə qabiliyyətinin gücləndirilməsi, mütərəqqi texnika və silahların istehsalı, müxtəlif və keyfiyyətli hərbi təlimlərin keçirilməsi, Silahlı Qüvvələr arasında tam koordinasiya, ölkənin inkişafı və quruculuğuna kömək, hərbi sahə və dipolatiyanın tam uyğunluğu, ilin şüarının gerçəkləşməsi üçün hökumətlə əməkdaşlıq Silahlı Qüvvələrin əsas proqram və fəaliyyətlərindəndir.
O, ölkənin müdafiə sahəsinə verdiyi dəstəyə görə cənab Prezidentə təşəkkür edərək dedi: "Silahlı Qüvvələr xalqın dəstəyi ilə tam hazırlıqlı vəziyyətdədir və pis niyyətlərinə çatmaq arzusunu İranın düşmənlərinin ürəyində qoyacaq".
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir