Ali Məqamlı Rəhbərin informasiya bloku

Sabah 11 fərvərdin (31 mart 2025) bazar ertəsi Mübarək Fitr bayramıdır

Ali Rəhbərlik İdarəsi bir elanda 11 fərvərdin 1404-cü il (31 mart 2025) bazar ertəsi tarixinin Şəvval ayının birinci günü və Mübarək Fitr bayramı olduğunu bildirir.

Elanın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Əziz xalqımızın Mübarək Ramazan ayında etdiyi ibadət və itaətlərin qəbul olunması diləyi ilə nəzərinizə çatırırıq ki, mütəxəssis və etibarlı müşahidəçi qrupların ölkənin ayrı-ayrı nöqtələrindən verdiyi məlumatlara əsasən, bazar günü 29 Ramazan 1446-cı il tarixinə təsadüf edən 10 fərvərdin 1404-cü il (30 mart 2025) tarixində qürub vaxtı şəvval ayının hilalının görünməsi İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneiyə (Allah kölgəsini uzun etsin) sübut olmuşdur. Buna görə də 11 fərvərdin 1404-cü il (31 mart 2025) Şəvval ayının birinci günü, Mübarək Fitr bayramıdır.

Bu mübarək bayram münasibəti ilə bütün iranlı qardaş və bacıları, şərəfli İran xalqını təbrik edərək bildiririk ki, sabah bütün ölkə ərazisində əzəmətli və Mübarək Fitr bayramının namazı qılınacaq.

Ali Rəhbərlik İdarəsi

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /