İslam İnqilabının Ali Rəhbəri 1404-cü hicri şəmsi ilinin başlanması münasibətilə etdiyi bir müraciətdə yeni ili “İstehsala investisiya ili” adlandırdı.
Həzrət Ayətullah Xamenei yeni ilin başlanğıcının Qədr gecələri və Əmirəl-möminin Həzrət Əlinin (ə) şəhadət günlərinə təsadüf etməsinə işarə edərək Qədr gecələrinin bərəkətləri və təqvalıların mövlasının diqqətlərinin əziz İran xalqı və yeni ili Novruzla başlayan bütün insanlara şamil olacağına ümid etdiyini dedi.
O, 1403-cü ilin hadisələrlə dolu, bir-birini ardınca baş verən hadisələrinin 1360-cı ilin hadisələrinə bənzədiyini və xalq üçün çətinliklər və sıxıntılarla müşayiət olunan bir il olduğunu ded: “Dəməşqdə İran konsulluğunun bir neçə əməkdaşının şəhid edilməsi, İran xalqının sevimli prezidenti cənab Rəisinin şəhadətə yetirilməsi, ondan sonra Tehranda və Livanda baş verən acı hadisələr bu il ərzində İran xalqı və İslam ümmətinin dəyərli şəxsiyyətlər itirməsinə səbəb oldu”.
İnqilabın Rəhbəri iqtisadi problemlərin, xüsusilə ilin ikinci yarasının sosial çətinliklərinin 1403-cü ilin digər hadisələrindən olduğunu vurğuladı: “Bu çətinliklər qarşısında əzəmətli və heyrətamiz bir hadisə baş verdi; İran xalqının iradəsinin gücü, mənəvi ruhu, vəhdəti, yüksək səviyyəli hazırlıqları üzə çıxdı. İlk dəfə özünü prezidentin itkisi ilə qarşılaşanda, xalqın o əzəmətli vida mərasimində verdiyi şüarlarda və nümayiş etdiridiyi ruh yüksəkliyində büruzə verən bu fenomen göstərdi ki, bu ağır faciə xalqda zəfilik hissi yarada bilməz”.
O qeyd etdi ki, prezident seçkilərinin qanunla müəyyən edilmiş müddət ərzində tez bir zamanda həyata keçirilməsi, prezidentin seçilməsi və hökumətin təşkil edilməsi ilə ölkənin rəhbərlik boşluğundan çıxarılması iranlıların yüksək mənəvi ruhiyyəsi və bacarıqlarının başqa bir təzahürüdür. O, xalqın ruhi və mənəvi gücünün təzahür etdiyi başqa bir sahəyə aydınlıq gətirərək dedi: “Livan və Fələstin xalqının problemləri ilə qarşılaşanda İran xalqı köks genişliyi ilə böyük yardımlar selini Livan və Fələstindəki dini qardaş və bacılarına yolladı”.
O, İran xalqının müqavimətə göstərdiyi heyrətamiz yardımların, xüsusilə İran qadınları tərəfindən edilən səxavətli qızıl hədiyyələrinin ölkə tarixinin əbədi və unudulmaz hadisələrindən olduğunu dedi: “Xalqın milli iradəsi, möhkəm əzmkarlığı, hazırlığı və mənəvi gücü əziz İranın gələcəyi üçün həmişəlik qiymətli bir sərmayədir və Allahın bu ölkəyə olan lütflərinin davamlılığına səbəb olacaq”.
İnqilabın Rəhbəri Novruz müraciətinin başqa bir yerində 1403-cü ilin “Xalqın iştirakı ilə istehsal sıçrayışı” adlandırılması məsələsinə işarə edərək bildirdi ki, hökumətin, xalqın və özəl sektorun səylərinə baxmayaraq, ötən ilin hadisələri bu şüarın tam şəkildə gerçəkləşməsinə mane oldu: “Buna görə də bu ilin şüarı və əsas məsələsi yenə də iqtisadiyyat və sərmayə qoyuluşu ilə bağlıdır. Çünki istehsal sıçrayışı və sosial problemlərin ortadan qaldırılması istehsal sahəsinə sərmayə qoyuluşu ilə şərtlənir”.
O, xalqın istehsal sahəsinə sərmayə yatırımı etməsinə hökumət tərəfindən şərait yaradılmasının zəruriliyini vurğulayaraq dedi: “Əlbəttə, xalqın maraq göstərmədiyi və ya sərmayə yatırmı etmək imkanının olmadığı yerdə hökumət xalqın rəqibi deyil, alternativ kimi meydana daxil ola və sərmayə qoyuluşu edə bilər”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, istehsal sahəsinə sərmayə qoyuluşunun gerçəkləşməsi hökumət və xalqın əzmi və ciddi istəyi ilə şərtlənir: “Hökumətin işi şərait yaratmaq, istehsal maneələrini ortadan qaldırmaq, xalqın işi isə özünün makro və mikro sərmayələrini istehsal sahələrinə yatırım etməkdir. Belə olan surətdə sərmayələr valyuta və qızıl kimi zərərli istiqamətlərə yönəlmir. Bu məsələdə Mərkəzi Bank və hökumət mühüm rol oynayır”.
İnqilabın Rəhəbri bu girişlə 1404-cü ilin şüarının “İstehsala investisiya” adlandıraraq hökumətin proqramı və xalqın iştirakı ilə məişətdə açılım baş verəcəyinə ümidvar olduğunu dedi.
Həzrət Ayətullah Xamenei müraciətinin sonunda qəsbkar sionist rejimin Qəzzaya yenidən təcavüz etməsinin çox böyük və faciəvi bir cinayət olduğunu vurğuladı: “Bu, İslam ümmətinin problemidir. Buna görə də bütün ümmət öz ixtilaflarını bir kənara qoyub bu cinayətlər qarşısında vahid şəkildə dayanmalıdır. Habelə dünyanın, o cümlədən Avropa və Amerikanın bütün azad insanları bu xəyanətkar və faciə doğuran hərəkətlə mübarizəyə qalxmalı, uşaqların yenidən qətlə yetirilməsinin, evlərin dağıdılamsının və insanların ev-eşiklərindən didərgin salınmasının qarşısını almalıdır”.
O vurğuladı ki, ABŞ bu faciədə şərikdir. Siyasi ekspertlərin təsbitinə əsasən, bu cinayətlər ya ABŞ-ın işarəsi ilə, ya da ən azı onun razılığı ilə həyata keçirilir: “Yəmən hadisələri, Yəmən xalqına və sivillərə edilən hücum qarşısı mütləq alınması vacib olan başqa bir cinayətdir”.
İnqilabın Rəhbəri çıxışının sonunda İslam ümmətinə xeyir, yaxşılıq və qələbə, habelə İran xalqının şadlığı, məmnunluğu, uğuru və tam vəhdətinin ilin sonuna qədər davam etməsini arzulayaraq Həzrət Vəliyyi-əsrin (ə.f) müqəddəs qəblinin, böyük İmamın və şəhidlərin pak ruhlarının İran xalqından razı və məmnun qalacağına ümidvar olduğunu dedi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir