Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri “Ağac əkimi” günü üç fidan əkdikdən sonra dedi:

Milli ağac əkimi hərəkatı ciddiyə alınaraq davam etdirilməlidir

İslam İnqilabının Rəhbəri bugün səhər saatlarında Ağac əkimi günü münasibətilə üç fidan əkdi.

Həzrət Ayətullah Xamenei fidanları əkdikdən sonra ağac əkiminin faydalı, uzaqgörən bir tədbir və sərvət istehsalı olduğunu dedi və keçən il şəhid Rəisinin hökuməti vaxtı başladılmış milli ağac əkimi hərəkatına ciddi şəkildə əhəmiyyət verilməsinin zəruriliyini vurğuladı: “Bütün insanlar ağac əkimi hərəkatında saleh və yaxşı bir əməl kimi iştirak etməlidirlər ki, ağacların artımı ilə ekologiya və ətraf mühit təmizlənsin və təravətlənsin”.

İslam İnqilabının Rəhbəri hər il özünün ağac əkimi tədbrinin ağac əkiminin təkcə gənclərə aid olmadığını və bütün yaş qruplarından olan insanların bu mühüm, böyük, lazımlı və gözəl işə həvəs və maraq göstərməsinin zərurliyini xatırladan simvolik bir addım olduğunu bildirdi.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ağac əkimi müxtəlif cəhətlərdən faydalı bir sərmayə yatırımı və sərvət istehsalıdır: “Həm meyvəsindən istifadə etmək məqsədilə əkilən meyvə ağaclarının, həm də odunundan istifadə məqsədilə əkilən qiymətli ağaclararın əkimi tamamilə faydalı bir addımdır, zərəri yoxdur”.

Ağacların və əkin sahələrinin havanın sağlamlığını təmin edən amillər olduğunu hesab edən İslam İnqilabının Rəhbəri ekologiyanın çox əhəmiyyətli olduğunu vurğuladı: "Ağaclar və bitki örtüyü havanı yaxşılaşdırmaqla yanaşı, ekologiya və ətraf mühiti təravətləndirir. Ağaclar və bitkilər göz və könül oxşadığı üçün insanların ruhunu da təravətləndirir".

İslam İnqilabının Rəhbəri şəhid Rəisinin dövründə başlayan milli ağac əkmə hərəkatına ciddi şəkildə diqqət yetirilməsinin vacibliyini vurğuladı: "Keçən il başlayan və hələ də davam edən bu layihə dörd il ərzində bir milyard ağacın əkilməsinin mümkün olduğunu göstərir. Dövlət qurumları bu sahədə xalqa kömək etməlidir".

Həzrət Ayətullah Xamenei ağacların kəsilməsi və əkin sahələrinin istifadə təyinatının dəyişdirilməsi ilə bağlı xəbərdarlıq edərək dedi: "Yalnız texniki və zəruri hallar istisna olmaqla ağacların kəsilməsi zərərli və təhlükəlidir. Meşələrin yararsız hala salınması və əkin sahələrinin dəyişdirilməsinin qarşısı alınmalıdır".

O, habelə Tehranda və bəzi digər şəhərlərdə bu sahədə görülən yaxşı işlərə işarə edərək: "Bu tədbirlər davam etdirilməlidir", - deyə qeyd etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /