Ali Məqamlı Rəhbərin informasiya bloku

Allahın adı ilə

Aliməqamlı Rəhbərin son fətvalarına əsasən (eyni üfüqə malik olmaq şərti, ayın hilalını müşahidə vasitələri ilə görməyin kifayət etməsi, sabahkı günün ayın əvvəli olduğunu təsdiqləmək üçün bu gün gündüz vaxtı ayın hilalının müşahidə olunmasına əsaslanmaq) Ramazan ayının əvvəlinin təyin edilməsi aşağıdakı qaydadadır:
1- 2025-ci il 28 fevral cümə günü bütün dünyada Ayın hilalının müşahidəsinə cəhd edilsin. Əgər hilal müşahidə edilərsə, şənbə günü Ramazan ayının əvvəli olacaqdır.
2- 2025-ci il mart ayının 1-i şənbə günü İranda Ramazan ayının əvvəli elan edildiyi təqdirdə, aşağıda qeyd edilən ölkələr və regionlar bu elana müvafiq əməl etsinlər:
Qərbi Asiya ölkələri, Azərbaycan Respublikası, Ermənistan, Naxçıvan, Gürcüstan, Ukrayna, Rusiyanın cənub-qərb regionunun kiçik bir hissəsi, Belorusiyanın cənub regionu, Polşa, İsveç və Norveçin cənub regionunun kiçik bir hissəsi (bu iki ölkənin paytaxtına şamil olmur), İslandiya, Qrenlandiya, Avropanın cənubunda, mərkəzində və qərbində yerləşən ölkələr, Cənubi Afrika istisna olmaqla bütün Afrika, Madaqaskar, Mozambikin cənub regionu, Argentina və Çilinin cənub regionunun kişik bir hissəsi istisna olmaqla Şimali və Cənubi Amerikanın bütün ölkələri.
3- 2025-ci il mart ayının 2-si bazar günü İranda Ramazan ayının əvvəli elan edildiyi təqdirdə, ikinci bənddə qeyd edilən ölkələr və regionlarla yanaşı, Ayın hilalının müşahidəsi ekspertlərinin proqnozuna görə mart ayının 1-i şənbə günü Günəşin qürub vaxtı bütün dünyada Ayın hilalı müşahidə olunacaqdır.
4- Ayın hilalının müşahidəsi ekspertləri eyni fikirdədirlər ki, 28 fevral cümə günü Günəş qürub edən zaman aşağıda qeyd edilən ölkələr və regionlarda Ayın hilalı müşahidə olunacaqdır:
Ərəbistan və Yəmənin qərb regionu, Fələstinin mərkəzi və cənub regionu, İordaniyanın cənub-qərb və qərb regionu, Türkiyənin cənub-qərb regionu.
Şimal-şərq regionu istisna olmaqla Yunanıstan, Serbiyanın cənub-qərb regionu, şimal və şərq regionları istisna olmaqla Xorvatiya, şimal-şərq regionu istisna olmaqla Slovaniya, Avstriyanın cənub-qərb regionu, Almaniya və Hollandiyanın cənub-qərb regionu, İrlandiya, Böyük Britaniyanın cənub və mərkəzi regionları, eləcə də adı çəkilən bu ölkələrin cənubunda yerləşən ölkələr.
Afrikanın şimal, qərb və mərkəzi regionları, Efiopiyanın mərkəzi və qərb regionu, Kenyanın şimal və qərb regionları, Tanzanyanın şimal-qərb regionu, Anqolanın şimal və qərb regionları, Konqo (cənub-şərq regionu istisnadır), Uqanda, Ruanda və Burundi.
Argentina və Çilinin cənub yarımhissəsi istisna olmaqla Şimali və Cənubi Amerika.
 
* Aliməqamlı Rəhbərdən soruşulan sualların cavablarına istinadən, ekspertlərin sözü əsasında insanda ayın hilalının müşahidə olunduğuna dair əminlik yarandığı təqdirdə, bu sözə müvafiq şəkildə hərəkət etməyin şəri baxımdan maneəsi yoxdur.
700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər