Ali Məqamlı Rəhbərin informasiya bloku

Şəhid Nəsrullah və şəhid Səfiyəddinin dəfn mərasimi münasibətilə müraciət

Qəsb, zülm və imperializmə qarşı müqavimət bitən deyil

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei böyük mücahid şəhid Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin dəfn mərasimi münasibətilə ünvanladığı müraciətdə müqavimətin bu iki böyük şəhidini hörmətlə yad edərək vurğulamışdır: “Düşmən bilməlidir ki, qəsb, zülm və imperializmə qarşı müqavimət heç vaxt bitməyəcək, məqsədə çatana qədər davam edəcək.

İnqilabın Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Allah-taala buyurub: وَ لِلّهِ العِزَّةُ وَ لِرَسولِهِ وَ لِلمُؤمِنینَ وَ لکِنَّ المُنافِقینَ لا یَعلَمون” (1)

Regionda müqavimətin öndə gedən lideri böyük mücahid Həzrət Seyid Həsən Nəsrullah (Allah məqamını uca etsin) indi şərəf və izzətin zirvəsindədir. Onun pak bədəni Allah yolunda cihad etdiyi torpaqda torpağa verilir, amma ruhu və yolu hər gün əvvəlkindən daha da izzətli olacaq, yolçulara yol göstərəcək. Düşmən bilməlidir ki, qəsb, zülm və imperializmə qarşı müqavimət heç vaxt bitməyəcək, Allahın izni ilə məqsədə çatana qədər davam edəcəkdir. 

Cənab Seyid Haşim Safiyəddinin (Allah ondan razı olsun) gözəl adı və nurani siması bu bölgənin tarixinin parlaq ulduzdur. O, Livanda müqavimət rəhbərliyinin yaxın köməkçisi və ayrılmaz hissəsi olub.

Allahın və saleh bəndələrinin salamı bu iki şərəfli mücahidə, son dövrlərdə şəhid olmuş digər cəsur və fədakar mübarizlərə və bütün İslam şəhidlərinə olsun. Xüsusi salamım isə siz əziz övladlarıma, Livanın cəngavər gənclərinə olsun.

Seyid Əli Xamenei
3 isfənd 1403

 

_____________________________

(1) “Munafiqun” surəsi, 8-ci ayədən: “İzzət yalnız Allaha, Onun elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /