İslam İnqilabının Rəhəbrinin 1 isfənd 1403-cü il (19 fevral 2025) tarixində Təhlükəsizlik naziri, nazir müavinləri və nazirliyin idarə müdirləri ilə görüşdə verdiyi bəyanat bu gün “Təhlükəsizlik sahəsinin şəhidləri və Təhlükəsizlik Nazirliyinin yaradılmasının 40-cı ildönümü" adlı xatirə tədbirinin keçirildiyi yerdə yayımlandı.
Həzrət Ayətullah Xamenei bu görüşdə qeyd etdi ki, uzun illər ərzində Təhlükəsizlik Nazirliyində mövcud olan inqilabçı yan aşma və ruhiyyənin qorunub saxlanması bu nazirliyin ən üstün xüsusiyyətləri və üstünlüklərindəndir: " Təhlükəsizlik Nazirliyi, həqiqətən, inqilabçı və inqilaba sadiq bir qurumdur. Bu nazirliyin keçmiş işçiləri inqilabçı qaldıqları kimi, yeni qüvvələri də inqilab xəttində hərəkət edirlər. Bu, böyük bir nemətdir".
O bildirdi ki, mövcud problemlərin həlli istiqamətində ölkənin qarşısında duran yeganə həll yolu və işıqlı qapı İnqilabın prinsiplərinə sadiq qalmaqdır: "Ölkənin iqtisadi, siyasi, mədəni və sosial sahələrinin hər birində mövcud olan problemlərin aradan qaldırılması Allaha təvəkkül, İnqilabın əsaslarına sadiq qalmaq və ölkədə mövcud olan yaxşı layihə və qanunların həyata keçirilməsi, geriliklərin aradan qaldırılması ilə şərtlənir".
Həzrət Ayətullah Xamenei vurğuladı ki, dövlətin işlərinin yerinə yetirilməsi və problemlərin həlli üçün proqram işlənib hazırlanması lazımlı və zəruri addımların bir hissəsidir: "Əsas məsələ konkret və arzuolunan nəticəyə nail olmaqdır. Çünki toplantılar, proqramlar və planların əyani və arzuolunan nəticəsi olmasa, heç bir əhəmiyyəti olmayacaq. Arzuolunan nəticə yalnız davamlı şəkildə nəzarət altında saxlandıqda əldə edilir".
İnqilabın Rəhbəri Təhlükəsizlik idarəsinin vəzifələrindən birinin hökumətlə əməkdaşlıq etmək olduğunu dedi: "İnformasiya Nazirliyi bütün hökumətlərlə tam əməkdaşlıq etməlidir ki, faktiki hökumət ölkənin ağır idarəçilik vəzifəsini yaxşı yerinə yetirə bilsin".
Həzrət Ayətullah Xamenei vurğuladı: "Təhlükəsizlik Nazirliyinin hökumətlə əməkdaşlığı deyilərkən təhlükəsizlik əməliyyatlarının yaxşı yerinə yetirilməsi nəzərdə tutulur".
O, habelə, təhlükəsizlik qurumlarının bütün səviyyələrdə bir-biri ilə əməkdaşlığı və koordinasiyasının zəruriliyini vurğulayaraq təhlükəsizlik təşkilatlarının əxlaqi təmizlənmə və mənəvi məsələlərə xüsusi diqqət yetirməsinin də mühüm və zəruri olduğunu dedi.
Həzrət Ayətullah Xamenei 22 bəhmən yürüşündəki inqilabçı təravəti və şadlığının, İslam dövlətinə qarşı yönələn düşmənçiliklərin həcminin çox olmasına baxmayaraq, gənclərin və yeniyetmələrin İnqilabı müdafiə etmək üçün meydana atılmasının İslam Respublikası əsasında Allahın İslamı inkişaf etdirmək istəyinin bir əlaməti olduğunu dedi: "Allahın iradəsinin başqa bir təzahürü Avropada, hətta Amerikada sionizmə qarşı keçirilən aksiyalar, dünya əhalisinin fələstin xalqına dəstəyinin böyük ölçüdə artmasıdır".
Bu görüşün əvvəlində Təhlükəsizlik naziri Höccətül-İslam vəl-müslimin Xətib təhlükəszilik təhdidlərinin zərərsizləşdirilməsi və düşmən casus şəbəkələrinə zərbələr endirilməsi istiqamətində bu nazirliyin göstərdiyi fəaliyyətlər və həyata keçirdiyi proqramlar haqqında məlumat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir