Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbər Fələstin İslami Cihadın baş katibi və müşayiətçi heyətlə görüşdə:

ABŞ-nin Qəzza ilə bağlı axmaq planı heç bir nəticə verməyəcək

Fələstin İslami Cihad Təşkilatının baş katibi cənab Ziyad əl-Nəxalə və onu müşayiət edən heyət bu gün axşam saatlarında İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

Həzrət Ayətullah Xamenei bu görüşdə Müqavimətin Qəzzadakı qələbəsini təbrik edərək vurğuladı: “Fələstin müqavimətinin rəhbərləri və döyüşçülərinin vəhdət və birlik çərçivəsində gördükləri böyük iş, düşmənə qarşı mübarizə və mürəkkəb müzakirə prosesinin inkişaf etdirilməsi istiqamətindəki dayanıqlıq, habelə xalqın səbr və qətiyyəti müqaviməti bölgədə başıuca etdi.

İnqilabın Rəhbəri islami müqavimətin və Qəzza əhalisinin sionist və amerikalı düşmən qarşısında qazandıqları qələbənin çox əzəmətli olduğunu dedi: "Bu qələbə müqavimət mübarizələrində yeni bir standart yaratdı".

Həzrət Ayətullah Xamenei ABŞ-ın bəzi axmaq planlarına və ya Qəzza və Fələstinlə bağlı bəzi planlara işarə edərək dedi: “Bu planlar heç bir nəticə verməyəcək. Bir il yarım əvvəl müqaviməti qısa müddət ərzində məhv edəcəklərini iddia edənlər indi özlərinin azsaylı əsirlərini müqavimət döyüşçülərindən təhvil alıb, qarşılığında sayları çox olan fələstinli əsirləri azad edirlər”.

O qeyd etdi ki, müqavimətin sionist əsirləri təhvil vermə üsulu müqavimətin dünya ictimaiyyəti qarşısındakı əzəmətini təcəssüm etdirir: “İndi dünyada ictimai rəy Fələstinin xeyrinədir və bu vəziyyətdə heç bir plan müqavimətin və Qəzza əhalisinin razılığı olmadan həyata keçməyəcək”.

Bu görüşdə Fələstin İslami Cihad Təşkilatının baş katibi cənab Ziyad Əl-Nəxalə İnqilabın Rəhbərini müqavimətin Qəzzadakı böyük qələbəsi münasibətilə təbrik edərək bu qələbənin İslam Respublikasının həmişəlik dəstəklərinə və şəhid Seyid Həsən Nəsrullahın rəhbərliyinə borclu olduğunu dedi: “Fələstinin müqaviməti son bir il yarım ərzində, əslində, ABŞ və Qərblə müharibə aparırdı və qüvvələr nisbətinin qeyri-bərabər olmasına baxmayaraq, Fələstin müqaviməti böyük qələbələr əldə edə bildi”.

Fələstin İslami Cihad Təşkilatının baş katibi bildirdi ki, Fələstin və Livanın müqavimət qruplarının meydan və siyasi arenadakı vəhdət və birliyi Qəzzanın qələbəsində rolu olan amillərdən biri oldu. O, Qəzza və Qərb sahilində baş verən son dəyişikliklər, danışıqlar prosesi və əldə edilmiş razılaşmalar haqqında məlumat verərkən vurğuladı: “Biz müqavimətin yolunu heç vaxt unutmayacağıq və müqavimətin əsgərləri olaraq bu yolu davam etdirəcəyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /