Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün səhər bir saat müddətinə ölkənin müdafiə sənayesi sahəsinin alimləri və mütəxəssislərinin son nailiyyətləri və bacarıqlarının nümayiş etdirildiyi "İqtidar 1403" sərgisini ziyarət etdi.
Bu sərgidə hava hücumundan müdafiə, ballistik və kruiz raketləri, ağıllı sursatlar, kosmik texnologiyalar, PUA-lar, hava nəqliyyatı vasitələri, dəniz nəqliyyatı vasitələri və enerji sahəsində istifadə olunan qabaqcıl avadanlıqlar və yeni texnologiyalar nümayiş etdirildi.
Sərgidə müdafiə sənayesi sahəsinin mütəxəssisləri müxtəlif sahələrlə bağlı lazımi izahlar verdilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir