Qəməri-Bəni-Haşim Həzrət Əbülfəzl-Abbasın (ə) mövludunun ildönümü günü İnqilabın Rəhbəri tərəfindən ezam edilmiş 7 heyət Tehran və Rey şəhərlərində veteranların evlərinə baş çəkib bu canlı şəhidlərə və onların ailələrinə hörmət və ehtiram nümayiş etdirdilər.
İnqilabın Rəhbərinin ezam edilmiş nümayəndələri veteranlarla söhbət edib onları narahat edən məsələlər, həyat şəraitləri və müalicələri ilə maraqlandılar; bu böyük şəxsiyyətlərə göstərdikləri səbr və fədakarlıqlara görə təşəkkür etdilər.
İnqilabın Rəhbərinin ezam edilmiş nümayəndə heyətlərinə Höccətül-İslam vəl-müsliminlər Qummi, Əxtəri, Əbuturabifərd, Təqəvi, Musəvimüqəddəm, Qazi Əskər rəhbərlik edirdi.
Şəhid və Fədakarlar Fondunun direktoru cənab Səid Övhədi də bu gün səhər bir neçə veteranın evində olub onlarla söhbət etdi.
Bundan əlavə, Vəliyyi-Fəqihin əyalətlər üzrə nümayəndələri İnqilabın Rəhbərinin adından bu gün bir neçə veteranın evində oldular.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir