Ali Məqamlı Rəhbərin informasiya bloku

Mübarək Fəcr Ongünlüyü ərəfəsində baş tutdu:

İnqilabın Rəhbərinin İran İslam Respublikasının qurucusunun məzarını ziyarəti

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Mübarək Fəcr Ongünlüyü ərəfəsində bu gün səhər İslam Respublikasının qurucusu İmam Xomeyninin (r.ə) məzarını ziyarət etdi. O, burada “Fatihə” oxuyaraq İran İslam Respublikasının qurucusuna hörmət nümayiş etdirdi.

İnqilabın Rəhbəri həmçinin 1360-cı ilin 7 tir (28.06.1981) terror hadisəsi və 8 şəhrivər (30.08.1981) tarixində baş nazirin ofisində törədilmiş terror aktı nəticəsində şəhid olmuş insanların məzarlarını da ziyarət edib onların, xüsusilə şəhid Ayətullah Behişti, Məhəmmədəli Rəcayi və Höccətül-İslam vəl-müslimin Bahünərin xatirəsini əziz tutdu.

Həzrət Ayətullah Xamenei İslam İnqilabı, Müqəddəs Müdafiə və Hərəm Müdafiəsi şəhidlərinin məzarları üzərində də “Fatihə” oxuyub onlara yüksək dərəcələr dilədi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /