Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbər “Kaşanın şəhidləri” Milli Anım Konqresinin təşkilatçıları ilə görüşdü

Şəhidlərin xüsusiyyətlərinin ötürülməsi yalnız sənət əsərləri ilə mümkündür

İslam İnqilabının Rəhbəri 26 dey 1403-cü il (15 yanvar 2025) tarixində təşkil edilmiş “Kaşanın 1880 şəhidi” adlı Milli Anım Konqresinin təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gecə Kaşan şəhərində tədbirin keçirildiyi məkanda yayımlandı.

Görüşdə Kaşan şəhərinin tarix boyu alim, fəqih, mübariz insanlar və incəsənət xadimləri yetişdirən bir yer olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei bu şəhərin ingilis müstəmləkəçiləri ilə mübarizə aparan şəxsiyyətlərini, xüsusilə cəsur alim mərhum Ayətullah Kaşanini hörmətlə anaraq dedi: "Kaşan elm və sənət sahələrində, Əhli-Beytə (ə) qarşı sevgidə seçilməklə yanaşı, Müqəddəs Müdafiədə və İnqilabın digər hadisələrində yaxşı iştirak etmiş, bu bölgədə mübariz və cəsur insanların yetişdirilməsinin davam etdiyini göstərmişdir".

O, şəhidlərə xas olan davranış xüsusiyyətlərinin mədəniyyət və incsənət əsərləri vasitəsilə nümayiş etdirilməsinin zəruri olduğunu bildirdi: "Şəhidlərin fədakarlıq etmək, canlarından keçmək, gənc döyüşçülərin Allah qarşısında xalis ibadət emək və təvazökarlıq göstərmək, habelə İslam və İnqilabın şüarlarına hörmət göstərmək, qeyrət nümayiş etdirmək kimi üstün davranış xüsusiyyətləri xalqın daim ehtiyac duyduğu xüsusiyyətlərdir. Bu ruhi və mənəvi xüsusiyyətlərin ötürülməsi incəsənət fəaliyyəti, film, şeir və rəsm əsərləri kimi keyfiyyətli işlərin görülməsi ilə mümkündür”.

Şəhid analarının səbr və şükranlığının incəsənət əsərələri vasitəsilə təsvir edilməsinin zəruriliyi İnqilabın Rəhbərinin vurğuladı digər bir məsələ oldu: “Öz övladını və ya övladlarını Allah yolunda qurban vermiş bir ananın səbri və şükranlığı sözlə ifadə edilə bilməz. Amma bu heyrətamiz dərsləri incəsənət əsərləri çərçivəsində nümayiş etdirmək mümkündür”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

700 /