Sual: Bizim ölkədə 20 illik ipoteka krediti ilə evlər satılır. Qayda belədir ki, bank evin pulunu ödəyir, sonra 4% ilə 24 illik kreditlə şəxslərə satır. Mənim imkanım olmadığı üçün bu cür ev almaq istəyirəm. Bu cür kreditlə ev almağın hökmü nədir?
Cavab: Suala əsasən, bunun maneəsi yoxdur.
Sual: Ailənin nağd şəkildə ev almağa maddi imkanı yoxdur, ona görə də aylıq ödəniş edərək ev almaq istəyirlər. Belə ki, ipoteka ilə ev bankın əmlakına çevrilir, sonra bank aylıq 350 manat kreditlə evi şəxsə satır. Bank illik 6% ilə krediti hesablayır. İpoteka ilə ev almaq icazəlidirmi?
Cavab: Suala əsasən, bunun maneəsi yoxdur.
Sual: Ailə tərkibimiz üç nəfərdən ibarətdir. Atam bir ildən çoxdur ki, rəhmətə gedib və ata evimiz əlimizdən alınıb. Hal-hazırda qaldığımız ev anamın atasınındır və bu evdə dayım da qalır. Biz orada daimi yaşaya bilmərik, ona görə də ev almaq istəyirik. Ev almaq üçün əlimizdə nağd pul çox azdır. Biz pul krediti götürüb ev ala bilərikmi?
Cavab: Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Sual: Bir mömin oğlan ev tikdirir və evlənmək istəyir, amma pulu qurtarıb və ev yarımçıq qalıb. Evi tamamlamaq üçün təxminən ümumi məbləğin 20%-ni kredit götürə bilərmi?
Cavab: Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Sual: Bankdan pul krediti götürüb evi təmir etdirmək olarmı?
Cavab: Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Sual: Daimi yaşayış üçün evim olduğu halda özümə bağ evi tikdirmişəm. Bu bağ evinin daxilini təmir etdirmək üçün ölkədaxili banklardan faiz ilə pul götürə bilərəmmi?
Cavab: Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Kreditlə avtomobil almaq
Sual: Kredit ilə hansısa bir əşya almağın, məsələn, avtomobil almağın hökmü nədir? Belə ki, dükan bank ilə iş görür. Əslində bank bütün məbləği alıcıya verir və onunla müqavilə bağlayır və aylıq ödəniş təyin olunur. Alıcı pulu götürüb dükandan öz istədiyi malı alır, pulu isə hər ay banka ödəyir. Bu halda bankdan götürülən pul və banka ödənilən əlavə məbləğ sələm sayılırmı və haramdırmı?
Cavab: Əgər bank ilə bağlanılan müqavilə borc müqaviləsi olarsa, inflyasiya miqdarından çox olan əlavə məbləğin ödənilməsinin şərt qoyulması ribadır və haramdır. Amma əgər alğı-satqı şəri müqavilələrdən biri əsasında, məsələn, kredit və ya şəriklik müqaviləsi əsasında baş tutarsa, bunun iradı yoxdur. Yəni bankın özü və ya siz bankın vəkili ünvanında avtomobili alırsınız, bank da avtomobili sizə onun nağd qiymətindən baha qiymətə satır.
Sual: Mən özümə avtomobil almaq istəyirəm, lakin mənim əlimdə olan pul avtomobili almağa yetmir. Belə bir xidmət var ki, avtomobilin qiymətinin bir hissəsini ödəyirsən, qalan məbləği banka kreditə salıb ödəyirsən. Bu halda bank avtomobilin qalan məbləğini ödəyir, avtomobil mənim olur. Sonra bank ödədiyi məbləğin üstünə müəyyən qədər faiz qoyaraq, onu məndən aylıq alır. Mən bu şəkildə özümə avtomobil ala bilərəm?
Cavab: Əgər borc (pul krediti) müqaviləsinə əsasən, ödənilən artıq məbləğ inflyasiya miqdarından çox olmazsa, bu artıq məbləği ödəməyin maneəsi yoxdur. Əks halda, buna icazə verilmir. Amma əgər kredit bu şəkildə olsa ki, bank avtomobili sizinlə şərikli olaraq alır və öz payına düşən hissəni nisyə və ya kredit hissələri şəklində bir qədər yuxarı qiymətə sizə satır, bunun maneəsi yoxdur. Malın nağd qiyməti ilə nisyə qiyməti arasındakı qiymət fərqi riba sayılmır.
Sual: Müəyyən məbləğdə avtomobil almaq istəyirik, amma pulumuzun bir hissəsi çatmır. Həmin avtomobili lizinq yolu ilə əldə etmək olar? Əgər avtomobil lizinq yolu ilə alınıbsa, hökmü nədir?
Cavab: Müxtəlif surətlər mövcuddur. Ümumiyyətlə, əgər alıcı və satıcı arasında bağlanan müqavilə islami müqavilələrdən biri qəlibində olarsa, bunun öz-özlüyündə maneəsi yoxdur.
Sual: Kreditlə ev, avtomobil və başqa əşyalar almaq icazəlidirmi? Məsələn, əşyanın nağd qiyməti 100 manatdır, amma kreditlə 12 aya 124 manata satılır. Bu isə aylıq 2% əlavə ödəniş deməkdir. Belə bir alğı-satqı icazəlidirmi?
Cavab: Ümumiyyətlə, malın nisyə şəklində və ya kreditlə onun nağd qiymətindən baha qiymətə satılıb-alınmasının maneəsi yoxdur. Nağd ilə nisyə arasındakı qiymət fərqi riba sayılmır. Amma həm ödənişin müddəti, həm də kreditlərin sayı və məbləği tam aydın olmalıdır.
Müalicə üçün bankdan pul krediti götürmək
Sual: Səhhətimlə bağlı əməliyyat olunmalıyam. Mənim maşınım və evim də var. Əməliyyat üçün pul krediti götürə bilərəmmi?
Cavab: Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Mobil nömrəyə kredit balans götürmək
Sual: Bizdə mobil telefon operatorları abunəçinin danışıq balansı bitdiyi zaman ona kredit balans verir. Abunəçi danışıq balansını artırdıqda kredit məbləği ilə yanaşı, bu xidmətdən istifadə etdiyinə görə müəyyən məbləğ xidmət haqqı da abunəçinin hesab balansından çıxılır. Məsələn, 2 manat kredit balans götürürəm, hesabımı artırdığım zaman 3 manat hesabımdan çıxılır. Yəni bu xidmətdən istifadə etdiyimə görə 1 manat pul çıxılır. Mənim bu kreditdən istifadə etməyim icazəlidirmi?
Cavab: Maneəsi yoxdur.