Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri İraqın baş naziri ilə görüşdə dedi:

Amerikalıların İraqdakı işğalına qarşı ciddi müqavimət göstərilməlidir

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra İraqın baş naziri cənab Məhəmməd Şiya əl-Sudani ilə görüşdə cənab Sudaniyə abadlıq və təhlükəsizlik tədbirləri istiqamətində gördüyü yaxşı işlərə görə təşəkkür etdi: "İraq nə qədər çox abad və təhlükəsiz olarsa, İran İslam Respublikası üçün də faydalı olar".

İnqilabın Rəhbəri İraq xalqı ilə hökuməti arasında yaxşı əlaqələrin olmasına işarə edərək İraqdakı müxtəlif məzhəb və etniklər arasında birlik və həmrəyliyin olmasının çox zəruri və mühüm əhəmiyyət daşıdığını vurğuladı və cənab Sudaniyə xitabən dedi: "Zati-aliləri qeyd etdiyi kimi, Həşd Şabi də İraqdakı gücün mühüm tərkib hissəsidir. Onun qorunması və daha da gücləndirilməsi üçün ciddi səylər göstərilməlidir".

İslam İnqilabının Rəhbəri ABŞ-nin işğalçı qüvvələrinin İraqdakı mövcudluğunun qeyri-qanuni, İraq xalqı və hökumətinin maraqlarına zidd olduğunu vurğuladı: "Faktlar göstərir ki, amerikalılar İraqdakı mövqelərini möhkəmləndirmək və genişləndirmək üçün çalışırlar. Buna qarşı ciddi şəkildə müqavimət göstərmək lazımdır".

İslam İnqilabının Rəhbəri həmçinin regionda baş verən dəyişikliklərə, xüsusilə Suriyadakı vəziyyətə işarə edərək dedi: "Xarici dövlətlərin bu hadisələrdəki rolu tamamilə aydın və görünəndir".

Prezident cənab Pezeşkiyanın da iştirak etdiyi bu görüşdə İraqın baş naziri cənab Şiya əl-Sudani Tehranda apardığı danışıqlardan məmnun qaldığını bildirərək bu danışıqların və əldə edilmiş razılaşmaların iki ölkə arasındakı əlaqələri daha da genişləndirib dərinləşdirəcəyinə ümidvar olduğunu dedi.

Xalq, Həşd Şabi, milli birlik, vəhdət və mərcəiyyətin İraqdakı gücün əsas tərkib hissələri olduğunu deyən İraqın baş naziri sionist rejimin Qəzzə və Livanda törətdiyi təcavüzlərə toxunaraq dedi: "İraqın prinsipial mövqeyi Qəzzə və Livan xalqını dəstəkləmək və regiondakı müqaviməti müdafiə etmək olub".

Cənab Sudani həmçinin Suriyadakı dəyişikliklərə və xarici qüvvələrin bu hadisələrdəki roluna toxunaraq dedi: "İraqın mövqeyi həmişə Suriya xalqının iradəsini dəstəkləmək, bu ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, geniş əhatəli bir hökumət qurulmasını təmin etmək olub".

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /