Ali Məqamlı Rəhbərin informasiya bloku

Yeni il və Milad bayramı

Sual: Miladi təqvimi ilə yeni ilin gəlişini bayram kimi qeyd etmək icazəlidirmi? Bu bayramda şam ağacını bəzəmək, atəşfəşanlıq etmək, müxtəlif təamlar bişirib süfrə açmaq, hədiyyələr vermək, qohumların görüşünə getmək, bayramlaşmaq icazəlidirmi? Qeyd edək ki, bu bayram daha çox xristian cəmiyyətində məhşur olsa da, Azərbaycan, Türkiyə və s. müsəlman ölkələrində də yayılmışdır.
Cavab: İsa peyğəmbərin (ə) miladını (yəni dünyaya gəlişini) və yeni miladi ilinin gəlişini bayram kimi qeyd etməyin öz-özlüyündə iradı yoxdur. Amma bu, xristianlığın təbliği olmamalı və ya başqa fəsadları olmamalıdır.

Sual: Bəzi müsəlmanlar xristianların bayramlarını qeyd edirlər. Bunun iradı vardırmı?
Cavab: İsa Məsihin (ə) milad bayramını qeyd etməyin iradı yoxdur, amma elə bir şəkildə qeyd edilməlidir ki, yanlış inancları və ənənələri yaymaq hesab olunmasın.

Sual: Yeni ildə yolka qurmaq olarmı?
Cavab: Əgər Qərbin yanlış mədəniyyətinin təbliğ edilməsinə və yayılmasına səbəb olarsa, buna icazə verilmir.

Sual: Şam ağacını bəzəməyin və şaxtababanın gəlib uşağa hədiyyə verməsinin şəri hökmü nədir? Mən ayırd edə bilmirəm ki, bunlar xristian simvoludur, ya yox?
Cavab: Əgər bu işlər yanlış inancları təbliğ etmək və yaymaq hesab olunarsa, buna icazə verilmir.

Sual: Yeni ilə görə qurulan şam ağacının və digər dekorasiyaların kənarında şəkil çəkdirmək olarmı? İslamda belə bir bayramın olmadığını bilirəm. Sadəcə bu bayramda qurulan şam ağacının kənarında şəkil çəkdirmək olarmı?
Cavab: Əgər yanlış inancları dəstəkləmək və yaymaq hesab olunmasa, bu işin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Yeni ildə və ya yeni il ərəfəsində şaxtababa paltarını geyinib uşaqları əyləndirmək, onlara hədiyyə vermək olarmı?
Cavab: Əgər Qərbin yanlış mədəniyyətinin təbliğ edilməsinə və yayılmasına səbəb olarsa, buna icazə verilmir.

Sual: Məktəbdə oğlumun sinifində yeni il şənliyi və sinifin bəzədilməsi üçün pul yığılır. Mən bu pulu verə bilərəmmi? Yoxsa günah sayılır?
Cavab: Əgər xristianlığın təbliğ edilməsinə və ya Qərbin yanlış mədəniyyətinin yayılmasına səbəb olarsa, buna icazə verilmir.

Sual: Bir məkanda şam ağacını bəzəyib və yeni il bayramına aid müxtəlif dekorasiyalar qurub insanların fotoşəkillərini çəkmək və bu yolla gəlir əldə etmək olarmı? Bu işin şəri baxımından hökmü nədir?
Cavab: Əgər bu iş yanlışı dəstəkləmək və yaymaq sayılarsa, icazə verilmir. Əks halda, bu işin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Şaxtababa kuklaları, şaxtababa geyimləri, yolkalar və s. bu kimi şeylərin ticarətinin hökmü nədir?
Cavab: Əgər xristianlığın təbliğinə və ya Qərbin yanlış mədəniyyətinin yayılmasına səbəb olarsa, buna icazə verilmir.

Sual: Mən ad günlərinə, əlamətdar günlərə aid tortlar bişirib satıram. Qarşıdan yeni il gəldiyi üçün tortu yolka, şaxtababa, qarqız və s. bu kimi şəkillərlə bəzəyib sata bilərəmmi?
Cavab: Əgər yanlış inancların dəstəklənməsi və ya yayılması olarsa, buna icazə verilmir.

Sual: Mömin qardaşlardan biri müəyyən mallar, həmçinin yolka üçün oyuncaqlar düzəldib satır. Biz o qardaşa izah etməyə çalışdıq ki, yolka və bu kimi atributlar Qərb mədəniyyətinin yayılması amilləridir və bu işlərin populyarlaşmasında hər bir vasitə ilə iştirak etmək, müqəddəs dinimizə yad olan cərəyanlara yardım etmək deməkdir. Yəni imkan daxilində yolka oyuncaqlarını düzəldib satmaqdan çəkinmək lazımdır. O qardaş isə yolka ilə bağlı belə bir konkret şəri hökmün olmadığını bildirərək, bunun əsasında gördüyü işin mübahlığını iddia etdi. Bu mövzuya aydınlıq gətirməyinizi xahiş edirik.
Cavab: Əgər bu iş yanlış inancların dəstəklənməsi və ya yayılması olarsa, buna icazə verilmir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər