Həzrət Ayətullah Xamenei XXXI Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə səmimi fəaliyyətlərinə görə Höccətül-İslam vəl-muslimin Möhsün Qəratiyə təşəkkürünü bildirərək namazın qəlbə, ruha, fərdi və sosial fəaliyyətlərə təsir etməsi üçün namaz qılanlara ilk vaxtda namaz qılmağı, diqqət və qəlbin hüzurunun qorunmasını tövsiyə etdi. O, bu sözlərini hər kəsdən daha çox gənclərə ünvanladığını vurğuladı.
İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Allaha şükür ki, hər il təşkil olunan mübarək namaz konfransı seriyası uzun illər davam etdi və Höccətül-İslam vəl-muslimin Möhsün Qəratinin ixlaslı fəaliyyəti bərəkətli oldu. Gözlənildiyi kimi də davamlı oldu. Ümidvarıq ki, onun bərəkəti hələ də davam edəcək.
İlk olaraq namazın ilk vaxtda qılınmasını, sonra da diqqət və qəlbin hüzurunun qorunmasını sizə dönə-dönə tövsiyə edirəm. Namaz qılan şəxs bilməlidir ki, bütün varlıq aləminin sahibi və Qiyamət gününün hökmdarı ilə danışır. Bu iki səciyyə ilə qılınan namaz namaz qılanın qəlbinə və ruhuna, sonra isə fərdi və sosial fəaliyyətlərinə təsir edir. Bu tövsiyə digərlərindən daha çox gənclərə aiddir. Allahın onlara uğur bəxş edəcəyinə ümidvaram.
Allahın salamı və rəhməti üzərinizə olsun
Seyid Əli Xamenei
05.10.1403
25.12.2024
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir