Ali Məqamlı Rəhbərin informasiya bloku

Bank kartında saxlanılan vəsaitə görə bankın ödədiyi faiz

Sual: Öz şəxsi pulumuzu boş bank kartlarında (debet kartlarında) saxlayanda bank ona hər ay müəyyən qədər (illik 5-6%) bonus verir. Bizə verilən bu bonus faiz və sələm hesab edilirmi? Bu pul bizə halaldırmı? Haramdırsa, o pulu nə edək?
Cavab: Əgər pul debet karta faiz almaq məqsədilə qoyulmayıbsa, sözügedən faizi almağın maneəsi yoxdur. Əks halda, əgər bank müsəlmanlara aid olarsa və şəri müqavilələrdən biri əsasında sizə faiz ödəyərsə, bu faizi almağın maneəsi yoxdur. Bunu da qeyd edək ki, verilən faiz inflyasiya miqdarından çox olmadığı təqdirdə, hər bir halda onu almağın maneəsi yoxdur.

Sual: Yaşadığım ölkədə banklar müxtəlif xidmətlər təklif edirlər; bunlardan biri də debet kartlarıdır. Belə ki, onlayn ödəniş edə bilməsi üçün şəxs bankdan kart alır və həmin karta pul yükləyərək müxtəlif ödənişlər zamanı ondan istifadə edir. Bundan əlavə, banklar bu kartların istifadəçilərinə kartda saxladıqları vəsaitə görə ayda müəyyən faiz ödəyəcəyini də bildirir. Belə olan halda, faiz gəliri ilə və yaxud faiz gəliri olmadan bu debet kartlarından istifadə etmək olarmı?
Cavab: Əgər pul debet karta faiz almaq məqsədilə qoyulmayıbsa, sözügedən faizi almağın maneəsi yoxdur. Əks halda, əgər bank müsəlmanlara aid olarsa və şəri müqavilələrdən biri əsasında sizə faiz ödəyərsə, bu faizi almağın maneəsi yoxdur. Bunu da qeyd edək ki, verilən faiz inflyasiya miqdarından çox olmadığı təqdirdə, hər bir halda onu almağın maneəsi yoxdur.

Sual: Kartımda ehtiyat pul saxlayıram. Lazım olanda bu puldan istifadə edirəm, lazım olmayanda kartımda qalır. Kartımda pul qalanda ayın sonunda onun üzərinə az məbləğdə pul (faiz) gəlir. Mən bu pulu nə etməliyəm?
Cavab: Əgər pul debet karta faiz almaq məqsədilə qoyulmayıbsa, sözügedən faizi almağın maneəsi yoxdur. Əks halda, əgər bank müsəlmanlara aid olarsa və şəri müqavilələrdən biri əsasında sizə faiz ödəyərsə, bu faizi almağın maneəsi yoxdur. Bunu da qeyd edək ki, verilən faiz inflyasiya miqdarından çox olmadığı təqdirdə, hər bir halda onu almağın maneəsi yoxdur.

Sual: Bank kartında qalan pula bank öz şərtlərinə müvafiq şəkildə müəyyən aylıq faiz verir. Bu pulun hökmü nədir?
Cavab: Əgər sizə şəri müqavilələrdən biri əsasında faiz ödənilərsə, yaxud siz faiz almağı şərt qoymayıbsınızsa (baxmayaraq ki, sizə faiz veriləcəyini bilirsiniz), yaxud da verilən faiz inflyasiya miqdarında və ya daha az olarsa, bu faizi almağın maneəsi yoxdur.

Sual: Mənim bank kartım var; aldığım maaşı bu kartda saxlayıram, lazım olanda onu götürürəm. Amma pul kartda qalanda, bank hər ayın sonunda kartda olan vəsaitin 7%-ni mənim kartıma əlavə edir. Bunun hökmü nədir?
Cavab: Əgər bank tərəfindən verilən faiz inflyasiya miqdarından çox olmazsa və ya siz bu pulu faiz gəliri almaqdan ötrü kartda saxlamırsınızsa, bu hallarda sözügedən faizi almağın maneəsi yoxdur.

Sual: Əgər debet kartında qalan vəsaitə görə bank müştəriyə faiz ödəyirsə (halbuki müştəri bu faizi istəmir və bunu tələb etmir, amma bank dövriyyəyə görə faiz ödəyir), ödənilən bu pulun hökmü nədir? Bu, riba sayılırmı? Bu pulu kartdan çıxarıb, “sahibi məlum olmayan mal” ünvanında sədəqə vermək olarmı? Əgər olarsa, bunun üçün xüsusi icazə lazımdırmı?
Cavab: Suala əsasən, bu pulu almağın maneəsi yoxdur.

Kredit kartından istifadə və karta ödənilən faiz
Sual: Yaşadığım ölkədə banklar müxtəlif kredit məhsulları təklif edirlər. Bunlardan biri də kredit kartlarıdır. Qeyd etmək istəyirəm ki, həmin kartlardan ay ərzində istifadə edilir, ayın sonunda isə istifadə edilmiş bütün məbləğ (hər hansı faiz olmadan) geri qaytarılır. Əgər gecikmə olarsa, bu zaman artıq faiz hesablanmağa başlanılır. Hətta bəzən bank “cashback” adı ilə xərclənilən məbləğin kiçik bir hissəsini (1-2%) bonus kimi geri qaytarır. Belə olan halda:
1) Bu kredit kartlarından gecikmə olmadan istifadə etmək olarmı?
2) Bank tərəfindən qaytarılan “cashback” bonuslarını istifadə etmək olarmı?
Cavab: 1) Əgər bank verdiyi kreditə görə sizdən faiz almırsa, bunun maneəsi yoxdur. Əks halda, bu da pul krediti hökmündədir. Belə ki, ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
2) Bonusdan istifadə etməyin maneəsi yoxdur.

Sual: Bizdə kart var; onunla alış-veriş edirik. Bu kart olmasa, evə kifayət qədər ərzaq ala bilmirik. Ayın əvvəlində pulu karta tam qoya bilməyəndə onun üstünə faiz gəlir. Kimdənsə borc da ala bilmirik ki, karta pulu ödəyək. Nəticədə faizi ödəmək məcburiyyətində qalırıq. Bu, günahdırmı? 
Cavab: Əgər kredit kartından istifadə edərkən pulu borc ünvanında kartdan götürür və sonra borcu faizi ilə qaytarırsınızsa, bu halda borcun özü düzgündür və borc pul halaldır. Amma əlavə faiz xidmət haqqı olmadığı təqdirdə, riba və haramdır. Siz şəri baxımdan bu pulu borclu deyilsiniz, baxmayaraq ki, bank siz istəsəniz də, istəməsəniz də onu sizdən alacaqdır. Bunu da qeyd edək ki, əgər alınan faizin məbləği inflyasiya miqdarından çox olmazsa, bunun maneəsi yoxdur.

Sual: Məndə bank kartı var. Kartın içində olan pul banka məxsusdur, yəni mənim deyildir. Bu kartın şərti belədir ki, kartdan çıxartdığın pulu qırx gün ərzində yerinə qaytarsan, üzərinə heç bir faiz gəlmir, amma nağdlaşdıranda bankomat 1,5% xidmət haqqı tutur. Məsələn, əgər 200 azn pul çıxartsam, 3 azn komissiya pulu tutur. Qırx gün ərzində 203 manatı geri qaytarsam, heç bir faiz gəlmir. Həmişə pulu qırx günə qaytarıram və buna görə də üzərinə faiz gəlmir, amma komissiya pulu tutur. Belə olan halda bu puldan xərcləməyim (istər ehtiyacım olsun, istərsə də olmasın) iradlıdırmı və haram sayılırmı?
Cavab: Bankomat vasitəsi ilə kartdan pul çəkib, qırx gün ərzində qaytarmaq bir növ pul krediti götürmək sayılır. Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.

Sual: Bankdan kredit kartı almışam. Müqaviləyə əsasən, kart ilə alış-veriş edib növbəti ayın sonunadək borcumu ödədiyim təqdirdə, heç bir faiz ödəməyəcəyəm. Amma əgər növbəti ayın sonunadək borcumu ödəməsəm və ödəniş yubansa, borcun üzərinə faiz gəlir. Sualım budur ki, əgər mən borcumu vaxtında qaytara biləcəyimə əmin olsam, bu kartdan istifadə edə bilərəmmi?
Cavab: Əgər kredit kartından istifadə edərkən pulu borc ünvanında götürür və sonradan faiz ilə geri qaytarmalısınızsa, borcun özü düzgündür və bu pul halaldır. Amma əgər bu faiz zəhmət haqqı ünvanında olmazsa və inflyasiya miqdarından çox olarsa, bu, riba sayılır və haramdır. Şəri baxımdan siz bu faizi borclu deyilsiniz, baxmayaraq ki, bank bu faizi siz istəsəniz də, istəməsəniz də sizdən alacaqdır.

Sual: 1) Kredit kartından 100 manat cıxarıb, 102 manat ödəmək (yəni iki faiz ilə geri qaytarmaq) haramdırmı? Bu məsələdə faizin miqdarı rol oynayırmı, yoxsa birmənalı olaraq haramdır? 
2) Faiz ilə pul vermək yalnız pulu verən şəxsə haramdır, yoxsa faiz ilə pul verən şəxsdən pul götürənə də haramdır?
Cavab: 1) Əgər kredit kartından pulu borc ünvanında çıxarır və faiz ilə geri qaytarmalısınızsa, borcun özü düzgündür və bu pul halaldır. Amma əgər bu faiz zəhmət haqqı ünvanında olmazsa, bu, riba sayılır və haramdır. Şəri baxımdan siz bu faizi borclu deyilsiniz, baxmayaraq ki, bank bu faizi siz istəsəniz də, istəməsəniz də sizdən alacaqdır. Bunu da qeyd edək ki, əgər pulun faizi inflyasiya miqdarında olarsa, onu ödəməyin maneəsi yoxdur.
2) Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.

Sual: Bank kartı ilə məhsul almışam. Məhsulun ödənişini birdəfəyə deyil, üç aya ödəyəcəyəm. Bank mənə əlavə olaraq üç ay da artırmağı təklif edir, yəni mənə üç aya deyil, altı aya ödəmək şansı verir. Amma bunun qarşılığında məndən bir neçə manat komissiya pulu tutur. Bilmək istəyirəm ki, bankın təklifini qəbul etmək halaldır, yoxsa haramdır?
Cavab: Əgər kredit kartından istifadə edərkən pulu borc ünvanında götürür və sonradan faiz ilə geri qaytarmalısınızsa, borcun özü düzgündür və bu pul halaldır. Amma əgər bu faiz zəhmət haqqı ünvanında olmazsa və inflyasiya miqdarından çox olarsa, bu, riba sayılır və haramdır. Şəri baxımdan siz bu faizi borclu deyilsiniz, baxmayaraq ki, bank bu faizi siz istəsəniz də, istəməsəniz də sizdən alacaqdır.

Sual: Bank müştəriyə kart təklif edir və həmin kartda müəyyən məbləğ pul olur. Müştəri həmin pul ilə alış-veriş edir, sonra onu hissə-hissə ödəyir. Bank bu kartın aktiv qalması və müştərinin bu kartdan istifadə edə bilməsi üçün hər ay müəyyən məbləğ (məsələn, hər ay 2 manat) ödəməsini tələb edir. Müştəri kartın aktiv qalması üçün tələb olunan bu məbləği ödəyə bilərmi? Bunun şəri hökmü nədir?
Cavab: Əgər bu məbləğ xidmət haqqından və inflyasiya miqdarından çox olmazsa, onu ödəməyin maneəsi yoxdur.

Sual: Həyat yoldaşım kart götürüb, kartın içində pul var. O pulu çıxarıb torpaq almaq, ev tikmək istəyirik. Amma karta hər ay ödəniş edəndə faiz də hesablanır. Belə olan halda, bu kartdan pulu çıxarıb torpaq ala bilərikmi? Yaxud da hansısa bir ehtiyacımızı ödəmək üçün kartdan pul çıxara bilərikmi?
Cavab: Əgər kredit kartından istifadə edərkən pul sizə borc ünvanında verilirsə və bu pulu faizi ilə birlikdə geri qaytarmalısınızsa, borc miqdarının özü düzgündür və borc pul halaldır. Amma əlavə alınan məbləğ, yəni faiz əgər xidmət haqqı qarşılığında (komissiya pulu) olmazsa, bu faiz riba sayılır və haramdır. Siz şəri baxımdan bu pulu borclu deyilsiniz, baxmayaraq ki, bank siz istəsəniz də, istəməsəniz də bu pulu sizdən alacaqdır. Bunu da qeyd edək ki, əgər əlavə alınan məbləğ inflyasiya miqdarında, yəni pulun dəyərdən düşməsi miqdarında olarsa, bu pulu verməyin maneəsi yoxdur.

Sual: Ölkəmizdə banklar kredit kartları təklif edirlər. Belə ki, kartda 500, 1000, 2000 manat və ya daha çox məbləğdə pul olur. Şərtlər belədir ki, əgər kartdan nağd pul çıxarılsa, müştəri çıxardığı məbləğlə yanaşı, onun 1 %-i qədər əlavə pul ödəməlidir. Amma bu kartların üstünlüyü mağazalardan kredit alış-veriş etməkdir. Kredit alış-verişdə müştəridən heç bir əlavə məbləğ alınmır. Bank yalnız mağazadan xidmət haqqı alır, bir növ mağazalara müştəri yönləndirir və mağazanın pulunu nağd ödəyir, eyni zamanda mağazadan xidmət haqqı alır. Suallarım budur:
1) Ümumiyyətlə, bu kartlardakı balans pul “ribalı borc” hökmündədirmi? Çünki nağdlaşdırma üçün əlavə pulun ödənilməsi şərt qoyulubdur.
2) “Ribalı borc” olduğu təqdirdə, bu kartlardan istifadə etmək olarmı? Yəni istər zərurət halında, istərsə də qeyri-zərurət halında istifadə etmək olarmı?
3) Əgər yalnız kreditlə alış-veriş məqsədilə bu kartları əldə etsək, yenə də “ribalı borc” götürmək hökmündə olur?
Cavab: 1-3) Əgər kredit kartından istifadə edərkən və ya pul çıxararkən pul sizə borc ünvanında verilirsə və bu pulu faizi ilə birlikdə geri qaytarmalısınızsa, borc miqdarının özü düzgündür və borc pul halaldır. Amma əlavə alınan məbləğ, yəni faiz əgər xidmət haqqı qarşılığında (komissiya pulu) olmazsa, bu faiz riba sayılır və haramdır. Siz şəri baxımdan bu pulu borclu deyilsiniz, baxmayaraq ki, bank siz istəsəniz də, istəməsəniz də bu pulu sizdən alacaqdır. Bunu da qeyd edək ki, əgər əlavə alınan məbləğ inflyasiya miqdarında, yəni pulun dəyərdən düşməsi miqdarında olarsa, bu pulu verməyin maneəsi yoxdur.

Sual: Bank kartları (məsələn, “birkart”) var. Bu kartla alış-veriş edib, ayın sonunda xərclənən pulu qaytarıb karta qoyursan, üstündə heç bir faiz də ödəmirsən, əksinə hər alış-veriş üçün bank faiz verir. Bunun hökmü nədir?
Cavab: Əgər bankın verdiyi faiz təşviq və mükafat ünvanında olsa, maneəsi yoxdur.

Sual: “Birkart” ilə hər hansı bir məhsulu almaq olarmı? Nəzərinizə çatdırım ki, “birkart” ilə alış-veriş etdikdə heç bir faiz əlavə olunmur, sadəcə məsələn, altı ay ərzində məhsulun qiymətini ödəyirsən. Amma bildiyimə görə, mənim aldığım məhsula görə bank mağazadan faiz alır. Bu alış-veriş halaldırmı?
Cavab: Maneəsi yoxdur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər