Ali Məqamlı Rəhbərin informasiya bloku

Banka depozit qoymaq

Sual: Əlimdə bir qədər pul var. Mən bu pulu banka depozit qoya bilərəmmi? Əgər bu pulu banka depozit qoysam, bank bu pula görə hər ay mənə qazanc olaraq pul verəcəkdir. Bilmək istəyirəm ki, bankın mənə verdiyi pul faiz sayılırmı və haramdırmı? Bankın verdiyi pulun hökmü nədir?
Cavab: Pulu bankda saxlamağın iradı yoxdur. Amma əgər bu pula faiz verilirsə, aşağıdakı hallarda bu faizdən istifadə etmək olar:
1- Verilən faizin miqdarı inflyasiya miqdarından çox deyildir;
2 - Siz faiz alacağınızı şərt qoymamısınız, amma bank siz istəmədən belə sizə faiz verir;
3- Əgər bank müsəlmanlara aiddirsə və şəri müqavilələrdən biri (məsələn, müzaribə, şəriklik və s.) əsasında sizə faiz verirsə, bu faizi almağın maneəsi yoxdur. Əgər bank qeyri-müsəlmanlara aiddirsə, müsəlmanların himayəsində olmayan qeyri-müsəlmandan faiz almağın maneəsi yoxdur.

Sual: Saxlamaq məqsədilə banka qoyulan pulun üzərinə gələn faiz (pul) haramdırmı?
Cavab: Əgər bank müsəlmanlara aid olarsa və şəri müqavilələrdən biri əsasında sizə faiz ödəyərsə, bu faizi almağın maneəsi yoxdur. Amma əgər bank kafirlərə aid olarsa, kafirlərdən faiz almağın maneəsi yoxdur. Qeyd edək ki, əgər verilən faiz inflyasiya miqdarından çox olmazsa, onu almağın maneəsi yoxdur. Həmçinin əgər siz faiz almaq niyyətində olmadan banka pul qoysanız, amma bank sizə faiz versə, onu almağın maneəsi yoxdur.

Sual: Sualım Azərbaycan dövlət banklarına depozit pul qoymaq, yaxud faizli pul krediti götürmək barəsindədir. Azərbaycan dövlət bankları müsəlman bankı hesab olunurmu? Bu banklardan pul krediti götürmək olarmı, yoxsa iradlıdır?
Cavab: Banka depozit qoymağın maneəsi yoxdur. Əgər bank müsəlmanlara aid olarsa və şəri müqavilələrdən biri əsasında (məsələn, müzaribə, şəriklik və s. əsasında) sizə faiz ödəyərsə, bu faizi almağın maneəsi yoxdur. Əks halda, faiz almağa icazə verilmir. Qeyd edək ki, əgər verilən faiz inflyasiya miqdarından çox olmazsa, onu almağın maneəsi yoxdur. Həmçinin əgər siz faiz almaq niyyətində olmadan banka pul qoysanız, amma bank sizə faiz versə, onu almağın maneəsi yoxdur.

Sual: Banka pul qoyub faiz almaq olarmı? Bu hansı hallarda icazəlidir?
Cavab: Əgər bank müsəlmanlara aid olarsa və şəri müqavilələrdən biri əsasında sizə faiz ödəyərsə, bu faizi almağın maneəsi yoxdur. Amma əgər bank kafirlərə aid olarsa, kafirlərdən faiz almağın maneəsi yoxdur. Hər bir halda, əgər verilən faiz inflyasiya miqdarından çox olmazsa, onu almağın maneəsi yoxdur.

Sual: Sahibi müsəlman olmayan banka pul qoymaq olarmı və oradan gələn faiz haram sayılırmı?
Cavab: Qeyri-müsəlmandan alınan faiz halaldır.

Sual: Dövlət bankında hesabda olan pula faiz yazılır. Bu faizin hökmü nədir?
Cavab: Zimmi olmayan kafirdən (yəni müsəlmanlara vergi verməyib onların himayəsində olmayan kafirdən) faiz almağın maneəsi yoxdur. Həmçinin şəri müqavilələrdən biri əsasında müsəlman şəxsdən faiz almağın maneəsi yoxdur.

Sual: Banka faiz almaq niyyəti ilə deyil, sadəcə saxlamaq niyyəti ilə bir miqdar pul qoyulub. Amma hər ay həmin pulun üstünə müəyyən məbləğ faiz (pul) gəlir. Bu faizi almaq halaldırmı? Nəzərə alın ki, banka müraciət edərək faizin toplanmasını dayandırmaq mümkündür.
Cavab: Suala əsasən, bu faizi almağın maneəsi yoxdur.

Sual: Bir miqdar pulum var, onu ev almaq üçün saxlayıram. Bu pulun təhlükəsizliyi və xərclənməməsi üçün onu banka qoymaq istəyirəm. Banka qoyulan pul üçün hər ay bank mənə əlavə pul verərsə, bu əlavə verilən puldan istifadə edə bilərəmmi?
Cavab: Banka depozit qoymağın maneəsi yoxdur. Əgər bank müsəlmanlara aid olarsa və şəri müqavilələrdən biri əsasında (məsələn, müzaribə, şəriklik və s. əsasında) sizə faiz ödəyərsə, bu faizi almağın maneəsi yoxdur. Əks halda, faiz almağa icazə verilmir. Qeyd edək ki, əgər verilən faiz inflyasiya miqdarından çox olmazsa, onu almağın maneəsi yoxdur. Həmçinin əgər siz faiz almaq niyyətində olmadan banka pul qoysanız, amma bank sizə faiz versə, onu almağın maneəsi yoxdur.

Sual: Qeyri-islami bankda debet hesab yaradıb vəsait yatırıram. Lakin mənim istəyimdən kənar bank tərəfindən hesabda olan vəsaitə əlavə gəlir (illik 2 %) hesablanır və hesaba əlavə olunur. Bu vəsaitin hökmü nədir və onu harada istifadə etmək olar?
Cavab: Əgər faiz gəliri almaq niyyətilə vəsait yatırmamısınızsa, bunun maneəsi yoxdur.

Sual: Mən bank kartı almışam. Bank kartımda pul müəyyən bir məbləğə çatanda mənə əlavə pul verilir. Məsələn, kartımda 100 manat pul olduqda, ona 1 manat əlavə olunur. Bu halda əlavə pulun hökmü nədir? Əgər bank bu artımı əvvəlcədən elan etsə və müştəri kartı alanda bundan xəbərdar olsa və ya olmasa, hökm dəyişirmi? Qeyd edim ki, kart sərmayəsi müsəlmanlara aid olan banka məxsusdur.
Cavab: Hər halda, əgər faiz almaq niyyətilə depozit qoyulmayıbsa, faizi almağın maneəsi yoxdur. Əks halda, əgər bank müsəlmanlara aid olarsa və şəri müqavilələrdən biri əsasında sizə faiz ödəyərsə, bu faizi almağın maneəsi yoxdur.

Sual: Əgər bir şəxsin banka depozitə pul qoyub ondan əldə etdiyi faiz ilə dolandığını bilsək, belə bir şəxs ilə alış-veriş etməyimiz düzgündürmü?
Cavab: Onunla alğı-satqı etməyin maneəsi yoxdur.

Sual: Yaşadığım ölkədə belə bir iş yaradılıb; hansısa bank və ya şirkət vətəndaşın adına kart hesabı açır və vətəndaş həmin hesaba müəyyən məbləğ pul qoyur. Məsələn, 100 manat qoyanda, üç ay ayda 400 manat üzərinə pul gəlir. Bu işin halal-haram olub-olmaması barəsində məlumat əldə etmək istəyirəm. Əgər bu iş haram olsa, həmin pul ilə banka olan borcumu (belə ki, bank da vətəndaşdan faiz alır) ödəyə bilərəmmi?
Cavab: Əgər bank müsəlmanlara aid olarsa və şəri müqavilələrdən biri əsasında sizə faiz ödəyərsə, bu faizi almağın maneəsi yoxdur. Amma əgər bank kafirlərə aid olarsa, kafirlərdən faiz almağın maneəsi yoxdur.

Sual: Bildiyiniz kimi, pulu evdə saxlayanda inflyasiya və digər səbəblərə görə pul dəyərdən düşür. Buna görə də pulun banka qoyulması zərurəti yaranır. Amma bankda pulun hansı əməliyyatlar üçün istifadə olunacağı məlum deyildir. Müsəlman ölkəsi olmasına baxmayaraq, həmin pul haram əməliyyatlarda da istifadə oluna bilər. Müsəlman ölkəsində banklara depozit pul qoymaq olarmı?
Cavab: Banka depozit qoymağın maneəsi yoxdur. Əgər bank müsəlmanlara aid olarsa və şəri müqavilələrdən biri əsasında (məsələn, müzaribə, şəriklik və s. əsasında) sizə faiz ödəyərsə, bu faizi almağın maneəsi yoxdur. Əks halda, faiz almağa icazə verilmir. Qeyd edək ki, əgər verilən faiz inflyasiya miqdarından çox olmazsa, onu almağın maneəsi yoxdur. Həmçinin əgər siz faiz almaq niyyətində olmadan banka pul qoysanız, amma bank sizə faiz versə, onu almağın maneəsi yoxdur.

Şəri müqavilələr
Sual: Yaşadığım ölkə İslam dövləti olmadığına görə hansısa şəri müqavilələr burada bağlanmır. “Şəri müqavilə” dedikdə, nə nəzərdə tutulur?
Cavab: Müzaribə, şəriklik, cüalə, müzariə, müsaqat və s. şəriətin icazə verdiyi bu kimi müqavilələr nəzərdə tutulur.

Sual: Müsəlmanlara aid olan banka əmanət pul (depozit) qoymaq məsələsində “düzgün şəri müqavilələr” ifadəsi vurğulanır. “Düzgün şəri müqavilələr” dedikdə, nə nəzərdə tutulur?
Cavab: “Düzgün şəri müqavilə” dedikdə, cüalə, müzaribə və şəriklik kimi müqavilələr nəzərdə tutulur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər